Azərbaycan İdeyası

Bakıda 2 həftədir yoxa çıxan tələbə ilə bağlı UNİVERSİTETDƏN AÇIQLAMA

Tarix:2-10-2019, 15:12
Baxış Sayı:130




Bakıda 11 gün əvvəl itkin düşən tələbə Əsədulla Cəfərovla bağlı təhsil aldığı Azərbaycan Dillər Universiteti açıqlama verib.
Azərbaycan Dillər Universitetində rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov bildirib ki, Əsədulla Cəfərov həqiqətən də 11 gündur ki, dərslərdə iştirak etmir. Gəncin axtarışı ilə bağlı universitet də öz növbəsində köməklik göstərir:
"Əsədulla Cəfərov təhsil haqqı ilə bağlı evi tərk etməyib. Universitetdə belə bir qayda var, təhsil haqqı iki hissəyə bölünür. Təhsil haqqının bir hissəsi birinci yarımil - oktyabr ayının 1-də, yerdə qalanı isə ikinci yarımil - mart ayında ödənilir. Ona görə də 11 gün əvvəl itkin düşən tələbəyə təhsil haqqı ilə heç bir sual oluna bilməz. Biz artıq Ə.Cəfərovun valideynləri ilə də görüşmüşük və onlar öz narahatlıqlarını bildiriblər".
S.Hüseynov bildirib ki, universitetdə təhsil haqqının ödənişi ilə bağlı çətinlik çəkən tələbələrə şərait də yaradılıb:
"Bu günə qədər dəfələrlə olub ki, təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə yardım edilib. Belə ki, onlar rəsmi şəkildə rektorantlığa müraciət edərək ödənişi vaxtında ödəyə bilmədiklərini bildirirlər və müraciətlərin demək olar hamısına müsbət cavab verilərək vaxtı uzadılır. Bundan əlavə, universitetin daxilində sosial fond var. Bu fond vasitəsi ilə də ödənişdə çətinlik çəkən tələbələrə yardım olunur".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı