Azərbaycan İdeyası

İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşdi - YENİLƏNİB

Tarix:21-01-2020, 15:51
Baxış Sayı:99



İmişlidə tanınmadan dəfn edilmiş və qohumluq əlaqəsi müəyyənləşən şəhidin kimliyi bilinib.
APA-nın xəbərinə görə, həmin şəxs 1971-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş İbrahimov Vəlyəddin Səhrab oğludur.
S.İbrahimov 1994-cü ilin yanvar ayında şəhid olub və İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilib.

13:20

İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib.
Bu barədə Report-a Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
“1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə ekshumasiya olunmuş və müvafiq nümunələr götürülüb.
Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.
Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək”, - məlumatda deyilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı