Azərbaycan İdeyası

Ermənilər Azərbaycana qarşı təxribat hazırlayırlar – FOTO

Tarix:22-05-2017, 15:13
Baxış Sayı:299

Ermənilər Azərbaycana qarşı təxribat hazırlayırlar – FOTO

Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 Mayda ermənilər tərəfindən təxribat hazırlanır.
Korrupsiya-q.az APA-ya istinadən xəbər verir ki, Kursk Erməni Gənclər Assosiasiyası həmin gün şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıblar.
Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər.
Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev bildirib ki, azərbaycanlı gənclər məsələdən xəbərdardırlar və bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi, eləcə də digər qurumlara müraciət hazırlayaraq ciddi etirazlarını bildirəcəklər:
“Rusiyada hər kəs mübaliğəsiz bilir ki, Şuşa Azərbaycanın şəhəridir və tarixən də azərbaycanlıların olub. İndi belə bir real faktın açıq aksiya formasında təhrif olunması, xüsusilə də həmin bölgədə münaqişənin, şəhərin ermənilər tərəfindən işğalının davam etdiyi zamanda baş verməsi ciddi təxribata hesablanıb. Əminik ki, Rusiya yetkililəri buna imkan verməyəcəklər”.

Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub.



Ermənilər Azərbaycana qarşı təxribat hazırlayırlar – FOTO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı