Azərbaycan İdeyası

“NƏYƏ GÖRƏ OĞLUNU QARABAĞDA XİDMƏTƏ GÖNDƏRMİSƏN?…” – AZƏRBAYCANLI JURNALİST PAŞİNYANIN ARVADINDAN SORUŞDU

Tarix:24-05-2019, 14:28
Baxış Sayı:194



Ermənistan baş nazirinin arvadı, “Haykakan jamanax” (“Erməni zamanı”) qəzetinin redaktoru Anna Akopyan Qazaxıstanda keçirilən XVL Avrasiya mediaforumu zamanı azərbaycanlı jurnalistlərdən birinin Qarabağ haqda sualları ilə üzləşib.
Azərbaycanlı jurnalist soruşub: nəyə görə Akopyan və onun keçmiş rejimə qarşı mübarizə aparan əri öz oğullarını Qarabağa hərbi xidmətə göndərib? Habelə soruşub ki, Paşinyanın mayın 9-da Şuşadakı hərəkətləri münaqişə tərəfləri arasında etimadın formalaşmasına nə dərəcədə imkan yaradır?
Bu zaman moderator jurnalistin sözünü kəsib, xahiş edib ki, bəyanat verməsin, sual versin.
“Mən detallara varmaq istəmirəm. Lakin biz münaqişə vəziyyətindəyik, müharibə başa çatmayıb, ona görə də bizim oğlumuz orduda xidmət edir”-Akopyan suala belə cavab verib. Əlavə edib ki, onun özü qadınların və anaların mövqeyindən çıxış edir.
Ermənistan baş nazirinin arvadı habelə münaqişəni danışıqlar masası arxasında nizamlamağa və insan həyatı bahasına başa gələn eskalasiyadan qaçmaq üçün bütün mümkün səyləri göstərməyə çağırıb.
“Ermənistan heç vaxt müharibəyə başlamayacaq”-Akopyan deyib. O, hərbi ritorikanın “Azərbaycan tərəfdən səsləndiyini” bildirib. Akopyanın fikrincə bir-birinə nifrət dayandırmaq çətindir, amma mümkün olmayan iş deyil. Bu kontekstdə Akopyan özünün “Qadınlar sülh naminə” təşəbbüsünü xatırladıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı