Azərbaycan İdeyası

Ermənilər Qarabağda müharibə hazırlığına başladı - Akopyan ŞOK FAKTI AÇDI

Tarix:1-07-2019, 12:58
Baxış Sayı:180


Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin daxilində çaxnaşma yaşanır.
Korrupsiya-q.az z xəbər verir ki, 2020-ci ildə separatçı rejim "prezident və parlament seçkilərini" eyni vaxtda keçirəcək.
Rejimin "rəhbəri" Bako Saakyan postundan imtina etmək niyyətində deyil, lakin Ermənistan rəhbərliyi "Qarabağ klanı" ilə mübarizə kontekstində ona təzyiqlər edir.
İrəvanın təzyiqi ilə Saakyan bir tərəfdən Paşinyana qarşı çıxan "kadr"ları təmizləyir, digər tərəfdən revanş addımları da atır. İyunun 26-da separatçı "lider" "təhlükəsizlik şurasının katibi" postuna Arşavir Qaramyanı gətirdi. İyunun 11-də isə keçmiş "müdafiə naziri" olmuş "fövqəladə hallar naziri" Levon Mnasakanyanı "polis rəisi" təyin etdi. Bu dəyişikliklər Paşinyana qarşıdır.
Erməni siyasi texnoloq Viqen Akopyan hesab edir ki, Qarabağda mümkün müharibəyə hazırlıq gedir.
"Bu dəyişikliklər də Azərbaycanla müharibəyə hazırlığın bir hissəsidir", - deyə Akopyan iddia edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı