Azərbaycan İdeyası

Ermənilərdən Bakıya DƏSTƏK: Qarabağa gəlməkdən imtina etdilər

Tarix:9-08-2019, 15:21
Baxış Sayı:149



Türkiyə erməniləri Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində panerməni oyunlarına qatılmaqdan imtina ediblər.
Korrupsiya-q.az xəbər verir ki, bu məlumatı “Milliyyət” qəzeti yayıb. Qəzet Erməni Olimpiadası İstanbul Komitəsinin Ermənistan Olimpiya Komitəsinə məsələ ilə bağlı etiraz etdiyini bildirib. İstanbul komitəsi bu ilk oyunların Qarabağda keçirilməsinin siyasi qərar olduğunu bildirib.
Nəticədə panerməni oyunlarına 300 nəfərlik nümayəndə heyəti qatılmaqdan imtina edib. Türkiyədən olan erməni idmançılarına otel və təyyarə rezervasiyaları sona anda ləğv edilib.
Erməni Olimpiadası İstanbul Komitəsinin rəhbəri Hayqaram Qarasu “Milliyyət”ə açıqlama verərək İrəvanın atdığı addımın yanlış olduğunu bildirib:
“Hər il İrəvandakı müsabiqələrə gedərək, İstanbulu alqışlayırdıq. Türkiyə və Azərbaycan ilə diplomatik böhrana yol açan bir bölgədə idman yarışının keçirilməsi siyasi seçimdir. Biz bu ölkənin vətəndaşıyıq və bir xəttimiz var. Azərbaycanlı dostlarımızı təəssüfləndirəcək bir diplomatik problem varsa, biz belə bir şeyin içində olmarıq. Türkiyə vətəndaşları olaraq, Qarabağa getməyin yanlış olduğunu düşündük”.
“Taksimspor” İdman Klubunun rəhbəri Qaro Hamamcıyan isə bu qərarı könüllü olaraq qəbul etdiklərini bildirib:
“Qarabağ məsələsi həssas mövzudur. Olimpiadanın gözəlliyi rəsmi keçid mərasimidir. Bizə rəsmi “keçidə qatılmayın, amma oyunlarda yer alın” dedilər. Bu, qəbuledilməzdir”.
Qəzetə açıqlama verən Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmi nümayəndəsi Ramil Qurbanov isə panerməni oyunlarının Qarabağda keçirilməsinin beynəlxalq qanunlara zidd olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyədən Qarabağdakı oyunlara qatılım olsaydı, bu, Türkiyə-Azərbaycan əlaqələrində təxribat olaraq şərh ediləcəkdi.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı