Azərbaycan İdeyası

Bakı mağazalarında satış dayandı - FOTO

Tarix:21-12-2015, 16:11
Baxış Sayı:428

Bakı mağazalarında satış dayandı - FOTO



Bu gün paytaxt Bakının bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda satış dayanıb. Səbəb manatın üzən məzənnə siyasətinə keçidinin elan olunmasıdır.
"Korrupsiya və Qanun" saytı Virtualaz.org saytına istinadən bildirir ki, hazırda paytaxtın iri ticarət mərkəzlərində olan reportyorları xəbər verir ki, iri alış-veriş mərkəzlərinin bağlı qapılarının üstünə "Satış yoxdur. Mağazalar saat 13-dən sonra işləyəcək" məzmunlu elanlar asılıb.
Ticarət mərkəzlərinin əməkdaşları buna dolların bugünkü bahalaşmasının səbəb olduğunu, satışın bir çox malların qiymətlərinin yeni kursa uyğun yenidən müəyyənləşdirilməsi səbəbi ilə dayandırıldığını bildiriblər.
Müxbirlərimiz xəbər verir ki, satıəşı dayandıran mağaza və şirkətlər arasında "İrshad Telecom", "Bakcell", "Azercell", "Music Gallery", "Baku Electronics" və digərləri var.
Qeyd edək ki, Mərkəzi Bank bu gün manatın üzənnə məzənnə siyasətini keçidini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
Bəzi dükanlarda isə elektronika malları artıq kəskin bahalaşıb və yeni qiymətə satılır. Məsələn, dükanlardan biri dünənə qədər 400 manata olan "Samsung" markalı telefonu virtualaz.org saytının müxbirinə 485 manata təklif edib.
Əlavə məlumatlar olacaq. Xəbər yenilənir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı