Azərbaycan İdeyası

Bakıda şəxsi mühasirəyə alıb bıçaqladılar: Bir nəfərə hökm oxundu, digərləri qeybə çəkildilər

Tarix:7-08-2026, 09:30
Baxış Sayı:3

Bakıda şəxsi mühasirəyə alıb bıçaqladılar: Bir nəfərə hökm oxundu, digərləri qeybə çəkildilər
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zamiq Xudiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Gültәkin Əsәdovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Xudiyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxs və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxslər heç bir əsaslı səbəb olmadan zərərçəkmiş Tağı Məmmədova (adı, soyadı şərtidir) hücum edərək ona bıçaqla xəsarət yetirib, bununla da ictimai qaydanı kobud şəkildə pozublar.

Hadisə 2025-ci ildə axşam saatlarında paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Zamiq Xudiyev şəxsiyyəti istintaqla müəyyən edilməyən digər şəxslərlə birlikdə zərərçəkmişi mühasirəyə alıb. Digərləri Tağının əl-qolunu tutublar, Zamiq isə bıçaqla ona zərbə endirib.

Ekspertiza rəylərinə görə, zərərçəkmişin sağ qalça nahiyəsində qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara müəyyən edilib.

İstintaq materiallarında qeyd olunur ki, hadisə insanların sıx olduğu ərazidə baş verib və təqsirləndirilən şəxslər öz davranışları ilə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər.

Məhkəmə iclasında dindirilən Zamiq Xudiyev ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı