Azərbaycan İdeyası

Zaqatala Təbiət qoruğu, yoxsa narko-PLANTASİYA..?

Tarix:3-08-2017, 12:11
Baxış Sayı:438

Zaqatala Təbiət qoruğu, yoxsa narko-PLANTASİYA..?



Məlumdur ki, iyulun 25-26-da Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirildi.
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin verdiyi rəsmi məlumatda qeyd olunub ki, DİN Daxili Qoşunlarına məxsus helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Həmin cinayətlərin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub.
Öncə onu xüsusi olaraq qeyd edim ki, bu yazını yazmaqda məqsədim hansısa qurumu-təşkilatı-nazirliyi, yaxud vəzifəli şəxsi qaralamaq, kimisə ifşa etmək, kiminsə maskasını soyundurmaq deyil.
Çünki MTN-də baş verən milli-siyasi rüsvayçılıqdan sonra ( müstəqil-muzdur media bunu MTN olayı adlandırır ) ölkəmizdə qaralamağa-ifşa etməyə, maskasını soyundurmağa obyekt qalmayıb. Artıq bütün maskalar yırtılıb. Yəni məni kiminsə personası deyil, cəmiyyətimiz üçün çox təhlükəli olan problem maraqlandırır.
DİN-in və DSX-in rəsmi açıqlamasından görünür ki, söhbət hansısa meşə ərazisində aşkar olunmuş YABAN-ı şəkildə bitən 5-6 çətənə kolundan getmir, narko-PLANTASİYA-dan gedir.
Rəsmi məlumatda qeyd olunur ki, 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunub. Yəni az qala meşənin yarısından söhbət gedir.
Görəsən necə olub ki, bu narko plantasiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrə nəzarət edən qurumlarının, meşə gözətçilərinin, meşəbəyilərin, meşəyə qulluq edənlərin diqqətini cəlb etməyib..?
Əlbəttə, narkotiklərlə mübarizə ekonazirliyin, şəxsən hörmətli nazir Hüseyn Bağırovun səlahiyyətlərinə aid məsələ deyil. Amma axı meşənin bəyi sənsənsə, heç olmasa meşədə baş verənlərdən ən azı sənin xəbərin olmalıdır. Axı, 26 min 660 ədəd narkotik tərkibli çətənə kollarının əkilməsi, becərilməsi 1 saatın, 1 günün, hətta 1 ayın işi deyil. Necə olub ki, bu müddətdə kimsənin bu plantasiyadan xəbəri olmayıb..?
Axı, bu elementar məntiqə sığan məsələ deyil.
Ki, Zaqatala dövlət qoruğuna aid olan meşələrdə narkoplantasiya salınsın və bundan ekonazirliyin xəbəri olmasın. Nazir Bağırov Zaqatala Dövlət Təbiət Qoruğunun rəisi Ramazan Çuxullayevdən soruşmur ki, bu nə plantasiyadır ? Bunu kim əkdirir ?
Yaxşı, tutaq ki, ekonazirlik gözləri yumulu meşəyə nəzarət edirmiş.
Bəs bu meşələrdəki narkoplantasiyadan güc orqanlarının niyə xəbəri olmayıb?
Axı, insaf naminə qeyd edək ki, bu məsələ ekonazirlikdən çox, güc orqanlarının səlahiyyətinə aid olan məsələdir.
Bəli, heç kimə sirr deyil ki, Mahmudov- Çovdarov-Cəlilov “troyka”sı uzun illər meşələrimizdən öz çirkin məqsədləri üçün istifadə ediblər. Bəs, bu gün ?
Bəlkə təzədən mahmudovlar-çovdarovlar-cəlilovlar baş qaldırır?
Biz bir millət və cəmiyyət olaraq nəhayət bu qorxulu qapalı dairədən çıxa biləcəyikmi ?
Əsas məsələ budur.nia.az

P.S. DİN-in açıqlamasının sonunda qeyd olunur ki, “həmin cinayətlərin törədilməsində ŞÜBHƏLİ bilinən 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub”.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ