Azərbaycan İdeyası

Sumqayıtda seyf oğruları tutuldu - Kameraların yaddaş bloklarını da aparıblar

Tarix:13-11-2019, 15:49
Baxış Sayı:131


Sumqayıtda beş marketdən seyf oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində marketlərdən silsilə oğurluqlar edən şəxslər tutulublar.
Məlumata görə, şəhər sakinləri Elnur Bağırov və Emin Nəzərov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların müxtəlif vaxtlarda Sumqayıt şəhərində xüsusi texniki vasitələrlə qorunmayan beş marketdən içərisində pul olan seyflər oğurladığı məlum olub.
Dəstə üzvləri mağazalara daxil olan zaman sonradan ifşa olunmamaları üçün obyektlərin daxilində olan müşahidə kameralarının yaddaş bloklarını da özləri ilə götürüblər.
Emin Nəzərov və Elnur Bağırov seyflərdən bir neçəsini marketlərin içində açsalar da, digərlərini özləri ilə aparıblar. Onlar seyfləri açandan sonra izi itirmək məqsədilə Sumqayıt şəhərindəki su hövzələrindən birinə atıblar.
Qeyd edək ki, dəstə üzvü olan Elnur Bağırov həmin mağazalar şəbəkəsində əvvəllər kassir işlədiyi üçün oğurluq etmək təklifi də ondan gəlib.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?