Azərbaycan İdeyası

Ayaz Mütəllibovdan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

Tarix:10-07-2020, 12:02
Baxış Sayı:315


Son günlər ölkə mətbuatında, sosial şəbəkələrdə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində çalışan akademik Ramiz Mehdiyevin ünvanına kəskin ittihamlar səngimir.
KORRUPSİYA-q.az ın xəbərinə görə, hələ sovet dövründən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin fəallarından biri olmuş R. Mehdiyevin siyasi fəaliyyəti, şəxsiyyəti barədə məlumatlı olan respublikamızın 1-ci Prezidenti Ayaz Mütəllibov müstəqil dövlət aparatında ən mühum vəzifələrdən birini tutmuş şəxs haqda mənfi fikirlər səslənməsindən təəssüf hissi keçirdiyini ifadə edib.
“Təbii ki, ölkəmiz, dövlətimiz üçün ürəkaçan hal deyil. Öncə onu deyim ki, Ramiz Mehdiyev Heydər Əliyevə də, İlham Əliyevə də, eləcə də xalqa minnətdar olmalıdır ki, uzun illər bu cür bir yüksək vəzifədə çalışıb. Təxminən 25 il ərzində, iki Prezident dövründə dövlətdə ən yüksək etimada malik vəzifələrdən birini tutmuş R. Mehdiyevin siyasi fəaliyyəti haqqında bu gün xoşagəlməz fikirlər səsləndirilməsi gözlənilməz və çox təəssüfləndiricidir. Halbuki, o, fəaliyyəti və əməlləri ilə özünün iddia etdiyi kimi, sədaqətlə xidmət etdiyi hakimiyyətdəki digər vəzifə sahibləri üçün də nümunə olmalı, xalq və dövlət naminə sidqi-ürəkdən çalışmalı idi. Amma Ramiz Mehdiyev tərəfindən belə yüksək etimadın doğrulmamasından bəhs edən bu cür ictimai motivasiya çox təəssüf doğurur. Çünki söhbət yalnız hakimiyyətin nüfuzundan deyil, bütövlükdə dövlətin nüfuzundan gedir...” –deyə sabiq dövlət başçısı bildirib.Moderator.az

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir