Azərbaycan İdeyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Tarix:31-08-2020, 12:25
Baxış Sayı:530

Surəti: Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevə
Surəti: Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyevaya

Balakən rayonunun Talalar kəndində qeydiyyatda olan, Baki şəhəri, Xətai rayonu, ev – 34, mənzil – 23 ünvanında müvəqqəti məskunlaşmış II qrup gözdən əlil, 1991-ci il təvəllüdlü Şirvanlı Nigar Surxay qızı tərəfindən



ƏRİZƏ

Bəri başdan bildirirəm ki, Sizlərdən həm ədalət, həm də mərhəmət umuram.
Məlum edirəm ki, II qrup əliləm, xəstə uşağımla kirayələrdə yaşayıram. 2009-cu il təvəllüdlü oğlum Mustafayev İlfan İmran oğlu 4 ağır xəstəlikdən – epilepsiya, atrofiya (göz damarının quruması), göz xərçəngi (sağ gözü cərrahi əməliyyatla götürülüb) və serebral iflicdən əziyyət çəkir. 11 ildən artıq müddətdir ki, uşağım yerimir. Mən də daim onun yanında olmaq məcburiyyətindən işləyə bilmirəm.
Əvvəlcə İlfanın müalicə xərclərini atam ödəyirdi sonra pul qutardıqdan sonra atam evini satdı evin pulu da qutardıqdan sonra bir dəfə də Heydər Əliyev fondu tərəfindən xaricə müalicəyə getməyə kömək olundu. Ondan sonra bir yaxın qohumumuz,atamın dostları, tanışları, adının hallanmasını istəməyən xeyirxah insanlar, ölüm və dirim arasında mücadilə edən İlfanımıza kömək etdilər. Bu köməkliklər də yalnız ona yetib ki, İlfan sadəcə yaşayıb, amma sağalmayıb, məşəqqətləri davam edir, daim xüsusi qayğıya, davamlı müalicəyə və ondan irəli gələn xərclərin çəkilməsinə ehtiyacı var. Əlbəttə, mənim Sizlərə müraciətimin səbəbini – valideynlik hissinin, analıq instinktinin nə demək olduğunu izah etməyə lüzum yoxdur. Ancaq çox təəssüf ki, cəmiyyətdə bu ülvi hisslərdən məhrum daş qəlbli valideynlər də vardır. İlfanın atası – 2009-cu ildə ailə qurduğum Balakən rayonunun Talalar kənd sakini Mustafayev İmran Vəli oğlu İlfanın doğulduğu gündən məni “əlil uşaq dünyaya gətirməkdə” günahkar saydığından, daim təhqir edir, söyürdü. Məni o həddə çatdırdı ki, bu haqsızlığa dözməyib boşandım. İmran da gedib özünə başqa ailə qurdu. Boşanmağımızın ardından İmranla aliment çəkişmələrimiz başlandı. Balakən Rayon Məhkəməsi qanunları pozaraq daim dövlət tərəfindən qəbul edilmiş alimentin miqdarını hansı maddi maraqdansa, hər qərar verdikcə azaltmışdır. 2010-cu ildə İmran Mustafayevdən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün aylıq 50 manat, 2014-cü ildə 80 manat, 2017-ci ildə 110 manat, 2019-cu ildə sonuncu olaraq 130 manat məbləğində sabit pul vəsaitlərinin tutularaq mənə verilməsini qət etmişdir.
Bütün ötən müddət ərzində İmran Mustafayev bir yandan alimentin məbləğinin aşağı olması üçün gəlirlərini gizlətmiş, saxtakarlıq edərək adına olan əmlakları adından çıxartmışdır. Digər yandan da ona kəsilmiş alimenti Balakən Rayon Ədliyyə və Probasiya məmurlarının köməyilə ödəməkdən yayınmışdır. Hazırda İmran Mustafayevin mənə mövcud olan 3 məhkəmə qərarı ilə 1850 manat borcu vardır. Balakən Rayon İcra və Probasiya Şöbəsi borclunun aliment borcunu ödəməsi istiqamətində yetərli icra hərəkətləri həyata keçirməmiş, ara-sıra borclunu axtarışa verməklə, məcburi gətirilmə qərarı qəbul etməklə, borc haqqında icra sənədlərini birləşdirməklə kifayətlənmişdir. İmran Mustafayev yalnız bir dəfə mənim çoxsaylı təkidli şikayətlərimdən sonra Balakən Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İcra və Probasiya Şöbəsinin məmurlarının öz vəzifələrini icra etməməsi barədə dəfələrlə yuxarı instansiyalara şikayətlər yazmışam. Ümumiyyətlə, tez-tez dəyişmək məcburiyyətində qaldığım kirayə mənzillərə köçəndə özümlə zəruri məişət əşyaları ilə birlikdə aliment davamızın tarixçəsini, təfərrüatlarını əks etdirən sənədlərdən, aidiyyati qurumlarla yazışdığım məktublardan ibarət böyük bir arxiv daşıyıram. Onların hamısının altında keçirdiyim stresslər, sərf olunan vaxt və enerji, başqa məsrəflər durur.Bu tarixçənin ən acı məqamı budur ki, Balakən Rayon Ədliyyə və Prabosiya şöbəsinin havadarlığı ilə əsasən də icra məmuru Akif Hacı Ömər oğlunu öyrətməsi nəticəsində İmran Mustafayev nəhayət, məsuliyyətdən yayınmaq üçün dəlilik kağızı əldə etmək üçün özünü dəliliyə vurmuşdur. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri ilə sövdələşərək, 07.10.2019-cu il tarixdən həmin müəssisədə yarım ay stasionar “müalicədə olmuşdur”. Bundan sonra mən teleqramma vurduqdan sonra həkimlər qorxaraq onu oradan çıxarmışdılar.Sonra yenidən Mustafayev İmran havadarlarının köməyi ilə Bakıdakı Maştağada 1 Nömrəli xəstəxanaya yerləşdirildi. Yenə də Respublika Prokurorluğuna və Səhiyyə Nazirliyinə teleqramma vurdum İmranı oradan çıxardılar. Onu da qeyd edim ki, mən Probasiya şöbəsinin qabağında Akif müəllimə dedim ki,siz özünüzdə bilirsiniz ki, İmranın qapısında fındıq bağı var çöldə də yonca sahəsi var torpağı var. İndi də 2500 manata 06 Jiqulisini satıb. Niyə mənim alimentimi alıb verməyirsiniz? O isə gülərək məni ələ salıb dedi ki, o pul bizlikdi, sən o puldan əlini üz, get ağıllı ol. Onun arxasında biz durmuşuq, sənə nə verirlər qane ol. Bu məkrli planı üzrə hərəkət edən İmran Mustafayev həmin vaxt mənə olan 2857 manat borcunu ödəməkdən imtina etmişdir. Qanuni tələbləri yerinə yetirmədiyinə görə mənim çoxsaylı teleqramalarımdan sonra icra məmuru onun barəsində 0393556 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün rayon məhkəməsinə göndərmişdir. 07.08.2020-ci il tarixdə bu işə açıq iclasda baxan Balakən rayon məhkəməsinin qərarı isə absurd olmuşdur. Qəribədir ki, hakim Zamin Tahirovun keçirdiyi məhkəmə iclasında nədənsə hansı məqsədləsə mənim dəfələrlə təkidlə tələbimə baxmayaraq İmran məhkəmə zalına gətirilmədi. Əvvəlcədən öz verdiyi qərarı özü pozaraq Zamin Tahirov dindirməyə İmranın ikinci arvadı Elgünü çağırıb dindirdi. O da məhkəmədə şou verməyə başladı ki, İmranı tutsanız özümü öldürəcəm. (Qurulmuş ssenari məhkəmənin və icra məmurunu razılığı ilə idi. Zamin Tahirov prosesdə dodaqaltı gülərək mənə dedi ki, görürsən də Nigar xanım bu qadın məni də hədələyir. Mən İmranı tuta bilmərəm. Cavabında mən hakimə dedim ki, mənim şikayət elədiyim insan İmran Mustafayevdir. Onun ikinci arvadı Elgün deyil. Onu hansı qanunla burada dindirirsiniz? Qanun keşıyındə duran bir hakim kimi, yəqin ki bu özbaşınalığa qanun qarşısında cavab verməli olacaqsınız. Bunun mənə zaldan çıxandan sonra adının hallanmasını istəməyən ədliyyə işçısı demişdir.) İmranın ikinci arvadı “meydan sulamış”, məni və hakimi şantaj edərək, ərinin həbs olunacağı təqdirdə özünü öldürəcəyini bəyan etmişdir. Mən İmran Mustafayevə ən sərt inzibati tənbehin verilməsini xahiş etsəm də, hakim Zamin Tahirov İmranın arvadının təqdim ediyi bir neçə saxta xəstəlik arayışlarına bilərəkdən əldə əsas tutaraq inanmış, İmranın daha əvvəlki icra sənədləri üzrə 1350 mana borc qaytarmasını əhəmiyyətli hal kimi nəzərə almış, onun qalan aliment borcunu qəsdən ödəməməsi barədə guya heç bir sübut tapmamış, mənə - zərərçəkmiş şəxsə qayğı və diqqət prinsipini, ona – barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə mərhəmət hissinə qurban vermişdir. Həmçinin, çıxardığı qərarın mətnində “talion” prinsipini xatırladaraq mənə işarə etmişdir ki, cəza qisas almaq niyyətinə xidmət etməməlidir. Nəticə: Balakən rayon məhkəməsi 07.08.2020-ci il tarixli 3(019)-19/2020 nömrəli qərarı ilə Mustafayev İmran Vəli oğlunu məsuliyyətdən azad etmişdir.
Yenə də hakim Tahirov Zamin axırda qərarvermə məqamında kobud qanun pozuntuları etdi. Belə ki, hakim xitam haqqında qərarı elan etməzdən qabaq müşavirə otağına çəkilməyə ehiyac duymadı, əksinə, iclasdakı bizləri zaldan bayıra çıxardı. İmranı dövlət hesabına müdafiə edən vəkil Hidayət Muradovu və İcra–Probasiya Şöbəsinin məmuru Akif ilə məsləhətləşmək üçün qapını bağladılar. Sonra da bizi, yəni iştirakçıları içəri dəvət edib ədalətsiz qərarını bəyan etdi. İclas işirakçılarına hörmətsizliyin və ciddi qanun pozuntusunun bariz ifadəsi olan bu fakt məhkəmə zalındakı stenaqrama və müşahidə kameralarında yəqin ki, qeydə alınmışdır. Onu da qeyd edim ki, Tahirov Zamin keçən dəfəki məhkəmədə də belə qanun pozuntusu edərək bizi çölə çıxarıb yuxarıda göstərdiyim adamlarla məşvərət edərək qərar qəbul etmişdir. O vaxt bu qanun pozuntusu haqda Ombudsmana da yazmışdım.
Dəhşətli bir məqamı da ürək ağrısı ilə sizə açıqlayıram. 11 ildə Oğlum İlfanın 8 dəfə xaricdə müalicəyə aparmışıq.Hər dəfə də M.İmran bizə bir həyat faciəsi yaşadıb. Belə ki,xaricə İlfanı aparmaqüçün mütləq atası İmran da natariusda etibarnamə ilə razılıq verməli idi.Lakin hər dəfə İmran qaçıb gizlənirdi deyirdi ki, yazılı dilinizdən kağız verin ki, birdə məndən aliment istəməyəcəksiniz. Elə olurdu ki naəıac qalıb bir – iki ayın alimentini almayırdım.Bu işdə hər dəfə imdadımıza Balakən rayonuna təyin olunan Polis Rəisləri onların müavinləri köməyimizə çatırdılar. Axırıncı dəfə xaricə gedəndə yenə də İmran köhnə oyununu oynadı axırda naəlac qalıb Balakən Polis şöbəsinə üz tutduq, daha buraya gəlməkdən də utanırdıq. Həmin gün bizi Balakən rayon polis şöbəsinin indiki Rəisi Mehman Əliyev qəbul etdi.Otağında İlfanı çağırıb öpdü başını sığalladı sonra sual etdi böyüyəndə nə olacaqsan? İlfan dedi ki, polis olacam. Sonra bizi diqqətlə dinlədikdən sonra öz – özünə əsəbiləşdi bu necə insandır?necə insanlıqdan kənar adamdır?Ata olasan uşağına aliment verməkdən boyun qaçırasan sonra da xaricə getməyinə mane olasan. Buna nə ad qoyasan? Bundan sonra o, operativ növbətçi hissəyə zəng edib tapşırıq verdi bizə də dedi ki, heç narahat olmayın gedin bir yerdə gözləyin hər şey yaxşı olacaq. Çalışacam bu məsələni birdəfəlik həll edim. Bu məsum uşaq birdə bu işdən ötəri əziyyət çəkib buraya gəlməsin. Bundan sonra Cənab Polkovnik Mustafayev İmranı yanına çağırıb konustruktiv müdaxiləsindən, apardığı çoxtərəfli izahat işindən, uşağın təkcə valideynin deyil həm də dövlətin övladı olduğunu ona tutarlı faktlarla sübut edəndən sonra İmran onunla razılaşmışdır.Xeyli vaxt keçəndən sonra polis serjantı gəlib bizi notariusa apardı. İmran orda bizi gözləyirdi o bizə xaricə getməkdən ötəri birdəfəlik etibarnaməni imzaladı. Bu problemimiz cənab rəisin sayəsində birdəfəlik həll oldu.Cənab Prezident indi görün bu vicdanlı Balakən rayon polis şöbəsinin rəisi Polkovnik Mehman Əliyevin insanlıq əməli ( ona görə də cənab Polkovniki ailəmiz adından alqışlayıram və fəxr edirəm ki, mənim polisim məni qoruyur ). İndi görün bu da mənim ədalət məhkəməm Tahirov Zaminin bu məsum uşaq Mustafayev İlfana etdiyi hörmət.Axırıncı məhkəmə vaxtı Mustafayev İmranın 1850 manat alimentdən borclu olduğu halda hakimin verdiyi ədalətsiz hökm. Cənab Prezident indi qərarı siz verin. Haqq öz yerini tapsın. Balakən rayon məhkəməsi Tahirov Zamin qanun qarşısında cavab versin. Görün, valideyn olan şəxs, yaxud, dəli adam belə hərəkət edərmi? Bu fakt ədalətli məhkəmə üçün nəinki İmranı inzibati məsuliyyətdən azad etməmək, hətta onu valideyn hüququndan məhrum etmək üçün də kifayət edərdi (hansı ki, bu, İmranın vecinə deyil).30.01 2020 – ci il məhkəmə prosesində yenidən Hakim bilərəkdən işi uzadaraq Mustafayev İmran Vəli oğlu barəsində Azərbaycan Respublikası İXM – nin 528.1 – ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında iş üzrə ambulator məhkəmə - psixiatrik ekspertizası təyin etdi və məhkəmədə buna nə qədəe etiraf etsəmdə ki, mən artıq yeddi aydır Bakı ilə Balakən arasında qalmışam bu çəkişmədən yorulmuşam. Lakin Hakim üstümə qışqırıb məni təhqir etdi və dedi ki, mən Mustafayev İmranın anlaqlı yoxsa anlaqsızdır rəyini ekspertdən cavab almalıyam.Bundan sonra yeddi ay ərzində heç bir prosesdə iştirak etməyən ( onun əvəzindən qanunsuz olaraq ikinci arvadı Elgün iştirak etmişdir ) birinci dəfə idi ki, mənim çoxsaylı şikayətlərimdən sonra məhkəməyə gəlmiş Mustafayev İmrana üzünü tutub dedi:
Ekspertə bilə - bilə yalan rəy verilməsinə görə Azərbaycan Respublikası İXM –nın 530 – cu maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət elan edilsin.Yenidən hakim iş icraat rəy alınanadək dayandırılsın qərarını verdi.
Məhkəmə vaxtı hakim son qərarı oxumamışdan qabaq mən icazə alıb ona anlatdım ki, Məhkəmə Psixiatrik ekspertizanın 04.05.2020- ci il 1191 nömrəli qərarında M. İmranın anlaqlı olduğu sübuta yetmişdir.Deməli o Məhkəməni aldatmışdır.Bəs nə üçün ona Azərbaycan Respublikası İXM –nın 530 –cu maddəsi ilə məsuliyyətə cəlb etməyirsinuz. Yenədə Hakim məni təhqir edib dedi ki, oturun oturduğunuz yerdə mənim işimə qarışmayın burda qərarı da hökmü də mən verirəm.
( məktubda həmin ekspertizanın surətini də sizə göndərirəm ) Qərardan sonra zaldan çıxanda ayağımı saxlayıb Hakim Tahirov Zamindən soruşdum bu ədalətsiz qərarı hansı vicdanla verdiniz?Bəs axı mənim ödənməmiş 1850 manat alimentimi kim ödəyəcək? Əgər bu məhkəmə aliment ödənməkdən ötrü qurulmuşdursa bu şou nəyə lazım idi?Sizə o qədər faktlar( uşağın şəkillərini) verdim niyə belə etdiniz? Hakim Tahirov Zaminin mənə cavabı o oldu ki, xəstə uşağın alimentə nə dəxli var!...
Cənab Prezident !
Bütün bunları nəzərə almağınızı, Balakən Rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli 3(019)-19/2020-ci il tarixli Qərarından verəcəyim apellyasiya şikayətimi dəstəkləməyinizi (məhkəmə iclasının stenoqramını, kameralardakı video-qeydlərin çıxarılmasını təmin etməklə), habelə, İmran Mustafayevin aliment borcunu qəsdən ödəmək istəməməsi barədə aşkar dəlillərin Balakən Rayon İcra və Probasiya Şöbəsinin bu iş üzrə icraat aparan vəzifəli şəxslər tərəfindən təsdiqlənməsini təmin etməyinizi xahiş edirəm.
İmza: Şirvanlı Nigar Surxay qızı
Tarix: 11.08.2021
Tel: ( 055)735- 92-62 (050) 477-86-92 Vəsiqə: AZE № 15287810


OXŞAR XƏBƏRLƏR
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb
Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb
Arif Babayev Bakıya gətirildi - Durumu ağırdır-Yenilənib
Arif Babayev Bakıya gətirildi - Durumu ağırdır-Yenilənib
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış