Azərbaycan İdeyası

Deputatın çıxışı spikerin xoşuna gəlmədi

Tarix:18-12-2015, 15:27
Baxış Sayı:357

Deputatın çıxışı spikerin xoşuna gəlmədi



Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında anlaşılmamazlıq yaşanıb.
AzVision.az-ın məlumatına görə, "Korrupsiya və Qanun" saytı bildirir ki, Zahid Oruc çıxışında bildirib ki, Kristofer Smit tərəfindən Konqrensə təqdim edilən qanun layihəsi önəmli sənəd olmasa da, biz rahat olmamalıyıq:
“Düzdür, bu sənəd önəmli deyil, bu erməni iddiası ilə pulla işləyən qrupların işidir. Amma bu əsas məsələ deyil. Biz rahatlanmalıyıq, əksinə işləməliyik. Qeyd edirik ki, bizi sevən konqresmenlər var. Qoy, buna bənzər sənədi onlar da hazırlasınlar. Biz Amerika ilə işləməliyik. Onların çoğrafiyası genişdir və qanunları da imkan verir ki, əlaqə saxlayaq. Belə addamlara əsas verməmək üçün işləməliyik”.
Deputatın fikrinə spiker Oqtay Əsədov cavab olaraq bildirib ki, Azərbaycan diasporu ilə erməni diasporunun işi eyniləşdirilməməlidir: “Azərbaycan diasporu işləyir. Baxın görün, erməni diasporu neçə əsrdir fəaliyyət göstərir və Azərbaycan diasporu nə zaman yaranıb. Biz 20 ilə böyük işlər görmüşük və qısa zamanda belə güclü diasporun yaradılması asan məsələ deyil. Daha artığını istəmək isə hesab edirəm ki, düz deyil”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı