Azərbaycan İdeyası

Səfirin Rasim Məmmədovla xəyanətə bərabər SPONSOR OYUNU

Tarix:11-02-2021, 16:32
Baxış Sayı:73

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan “Baku Steel Company” rəhbəri Rasim Məmmədovun Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə əlaqələri də ciddi şəkildə araşdırılmalıdır. İki il əvvəl Rasim Məmmədovun ətrafında halqa daralarkən Elmira Axundova “qoruyucu mələk”tək ona dəstək verməyə başlayıb.
Belə aydın olur ki, o günlərdə Elmira Axundova ilə işbirliyi Rasim Məmmədovu mümkün həbsdən sığortalamağa hədəflənib. Rasim Məmmədovun istintaqa cəlb edilməsi xəbəri yayıldığı günlərdə Elmira Axudnovanın oğlu Həbib Axundov özünün facebook hesabında ona dəstəyinin ifadə edib, Rasim Məmmədovun sponsoru olduğu, Elmira Axundovanın yazdığı kitabın fotolarını paylaşıb. Elmira Axundova hələ səfir olmazdan əvvəl, cibində deputat mandatı daşıyarkən Rasim Məmmədovun xilas planında yer almağa nə vadar edib?
Bu işbirliyinin görünən tərəfi 2019-cu ildə Elmira Axundovanın sabiq dövlət başçısı Heydər Əliyev haqqında kitabında üzə çıxır. Kitabın ən gözəgəlimli hissəsində, 2-ci səhifənin yuxarı başından “Kitab “Baku Steel Company” şirkətinin təsisçisi Rasim Məmmədovun maliyyə dəstəyi ilə nəşr olunub” yazılıb. Kitab 2019-cu ildə, Rasim Məmmədovun barəsində ilkin araşdırmaların start götürdüyü günlərdə işıq üzü görüb.
Elmira Axundova deyə bilər ki, Rasim Məmmədovun əməllərindən xəbərsiz olub. Amma buna özündən başqa kimsə inanmaz. Çünki həmin günlərdə mətbuatda Rasim Məmmədovun bu gün ittiham edildiyi cinayət əməlləri haqda çeşidli yazılar dərc olunurdu. Bu yazılardan belə aydın olurdu ki, Rasim Məmmədov gizli şəkildə BSC-dən qazanclar əldə edərək xaricə çıxarıb, işdən kənarlaşdırılacağı təqdirdə xarici ölkələrdən birinə sığınmaq üçün hazırlıqlar görür.
Bundan əlavə 2007-ci ildən bu yana Rasim Məmmədovun adı reketlikdə, qoçu dəstəsi saxlamaqda, reyder hucumlarda, dələduzluqla zavodları ələ keçirən əsas sima kimi ölkə ictimaiyyətinə bəllidir. Yəni Rasim Məmmədov ictimai şüura ləkəli reputasiyaya malik biri kimi pərçimlənib. İllərin deputatı Elmira Axundova bundan xəbərsiz olub? Heydər Əliyev kimi dahi haqda kitaba keçmişi ləkəli birinin sponsor olaraq cəlb olunması hansı məntiqə sığır?
Elmira Axundova kitabı çapa hazırlayarkən pulsuzluqdan əziyyət çəkib? Əlbəttə ki, yox! Çünki onun kitabları CBS mətbəəsində və başqa mətbəələrdə Ulu öndərə hörmət, ehtiram əlaməti olaraq pulsuz çap olunur. Belə olan halda Elmira Axundovanı Rasim Məmmədovu bunca ciddi bir kitabın nəşrinə sponsor seçməsi nə ilə əlaqəlidir? Elmira Axundova bu boyda ölkədə reputasiyası, əli təmiz, adı dələduzluqda keçməyən bir sponsor tapmayıb?

Elmira Axundova

Bu gün Rasim Məmmədova elan olunan ittihamlar elə həmin kitab çap olunan günlərdə də keçərli idi. Külli miqdarda dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə ittihamlı bir şəxsi Azərbaycanın taleyində müstəsna rolu olan tarixi şəxsiyyət haqda kitaba sponsor seçməklə Elmira Axundova nə məqsəd güdüb?
Elmira Axundova Azərbaycanı dünyaya tanıdan Heydər Əliyev kimi dahi haqda kitaba dələduzluqda adı hallanan birini sponsor olaraq yuxarı başa çəkməsi təsadüfi olub? Elə mətbuat üzərində aparılan kiçik bir gəzişmə kifayət edir ki, Elmira Axundovanın çox da uzağa getmədən kitabın nəşrinə sponsor tapa bilərdi. Məsələn bəh-bəhlə geniş ictimiyyətə iş adamı kimi təqdim etdiyi oğlu Həbib Axundova müraciət edib kitabın maliyyələşməsini təmin edə bilərdi.
Müsahibələrində oğlunun biznesmen olmasını, Həbib Axundov özü isə “yüzlərlə insanın işlədiyi böyük biznesim var” deyirlər. Belə bir halda ətrafında çənbər daralan Rasim Məmmədova Elmira Axundova kitabında niyə yer verib? Elə oğlu həmin kitabı maliyyələşdirə bilməzdi? Ümumiyyətlə pulsuz çap olunan kitaba görə sponsor axtarışlarına nə ehtiyac vardı? Elmira Axundovaya dövlət 3 ev verib. 4-cü ev isə hökumət bağındadır. Deputat maaşı, çoxsaylı imtiyazlar da bura əlavə olunmalıdır. Nədir Elmira Axundova ilə Rasim Məmmədovu birləşdirən? Belə ehtimallar var ki, Rasim Məmmədov Azərbaycanda taladığı milyonların böyük hissəsini bu gün Elmira Axundovanın səfir ol duğu Ukraynaya, oradan isə Avropaya transfer edib. Elmira Axundovanın da bu ölkəyə səfir göndərilməsi bu baxımdan suallar doğurur. Maraqlıdır ki, bu, səfirin külli miqdarda dələduzluq ittihamı ilə həbsə göndərilən, işbirliyində olduğu ilk şəxs deyil. Rasim Məmmədovun həbsindən cəmi 3 il əvvəl Elmira Axundovanın evinin daimi sakini Elnur İbrahimov da külli miqdarda dələduzluğa görə həbsə göndərilib.
Elmira Axundovanın o zaman Elnur İbrahimovdan günaşırı 5 min manat alması da cinayət işində yer alıb. Elmira Axundovanın böyük dələduzluq əməlləri ortalıqda olan şəxslərlə əlaqələrə həvəs göstərməsi səfir olaraq ölkəmizə yaxşı heç nə vəd etmir. Bununla yanaşı onun ölkənin dünənini, bu gününü və gələcəyini müəyyən edən Ulu öndər barədə kitaba Rasim Məmmədov kimi ləkəli birinin sponsor seçməsinin də hesabı sorulmalıdır.

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 12:26
  Жалоба     
property renovation Etobicoke Canada
https://pinterest.ca/homerenostoronto/

property in need of renovation Ontario Canada
house renovation Ontario Canada
bedroom restoration Toronto Canada

kitchen renewal Newmarket Canada

home renovation designer Oakville Canada
washroom reno Scarborough Canada
remodel bath Mississauga Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>home improvement renovations Thornhill Canada</a>

building remodeling Aurora Canada
home renos King City Canada
home and renovation Brampton Canada


#eZ5OKAYrV5acqAeL7
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!