Azərbaycan İdeyası

Ceyhun Əli MM-dəki vəzifəsindən niyə azad olunub? - AÇIQLAMA

Tarix:12-02-2021, 18:01
Baxış Sayı:168



Tanınmış jurnalist Ceyhun Əli Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən azad olunmasına münasibət bildirib.
Korrupsiya-q.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ceyhun Əli öz istəyi ilə MM-dəki postundan ayrıldığını qeyd edib:
"Peşə xüsusiyyətimdən asılı olaraq fəaliyyətim hər zaman göz önündə olub. 17 illik Televiziya fəaliyyəti dövründə hər zaman tamaşaçı üçün çalışmışam və onun yanında olmaq istəmişəm. Bu gün də bunu istəyirəm. Milli Məclis rəhbərliyi ilə fəaliyyətimi parlamentlə əməkdaşlıq müstəvisinə keçirmək barədə razılığa gəldik.
Milli Məclis sədri Sahibə xanım Qafarovaya qərarıma hörmətlə yanaşdığı üçün təşəkkürümü bildirirəm. Mən yaradıcı insanam və Milli Məclislə əməkdaşlığımız daha çox Televiziya və PR layihələrlə davam edəcək. Hazırkı fəaliyyətimi isə televiziyada davam etdirirəm. Bu müddət ərzində mənimlə çiyin-çiyinə çalışan Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına, xüsusilə də ömrünün 33 ilini bu işə sərf edən Mehman Qaibova, təşəkkürümü bildirirəm".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı