Azərbaycan İdeyası

AMİP funksioneri Ülvi Həkimova cavab verdi - polemika qızışır

Tarix:4-06-2016, 15:51
Baxış Sayı:701

4 iyun 1993-cü il hadisələri ilə bağlı həmin dönəmdə AXC İcraiyyə Komitəsinin üzvü olmuş Ülvi Həkimovun AMİP lideri Etibar Məmmədovun müvafiq mövzuda açıqlamalarına verdiyi reaksiyaya AMİP-dən cavab gəlib. Partiya funksioneri Əli Orucov Ülvi Həkimovun səsləndirdiyi fikirlərə etiraz olaraq öz münasibətini ortaya qoyub. Musavat.com ƏOrucovun fikirlərinə də yer ayırır və bildirir ki, Ülvi Həkimov da səslənən fikirlərə dair öz mövqeyini bildirə bilər.
 AMİP funksioneri Ülvi Həkimova cavab verdi - polemika qızışır
Əli Orucovun yazısı aşağıdakı kimidir:

"4 iyun hadisələri ərəfəsində, həmişə olduğu kimi, yenə də öyrədilmiş adamlar ortaya çıxardılaraq ətrafa şər-şəbətə və böhtan yağdırmaqdadır. Kimlərsə sanki içindəki kini-küdurəti tökmək üçün girəvə, fürsət axtarır. Biz heç kəsə toxunmadıq. Bu mövzunun bizə nə aidiyyatı var, nə də aktuallığı. Bu bizə heç lazım da deyil. Hakimiyyəti tank üzərində, silah-sursatla ələ keçirən AXC, eyni üsulla da bir il çəkmədən yıxıldı. Bəzi mətbuat orqanları bilərəkdən, hansısa səbəbdən 2012-ci ildə verilən açıqlamanı manşetə çıxararaq başqalarını da öz oyunlarına və xislətlərinin alətinə çevirirlər. Bəzi dünyadan bixəbərlər də həmin adamların toruna düşərək, münasibət bildiriblər. Əllərindəki hakimiyyəti qoruya bilməyən fərsizlər, öz günahlarını etiraf edib, dizi üstə düşüb yalvararaq xalqdan əvf istəmək əvəzinə, neçə illərdi ki, günahkar axtarışına çıxıblar. Hər dəfə də AMİP-in adını hallandırlar. Güya ki, milli höküməti biz yıxmışıq. Əvvala, bu epiteti AXC hökümətinə kim və hansı əlamətinə görə verib, bu, bəlli deyil. İkincisi də, bu insanlar hələ də qanmaq istəmirlər ki, hökümətə müxalif olan AMİP-in borcu və öhdəliyi deyildi ki, hərtərəfli etimadını itirmiş hakimiyyəti qoruyub saxlasın. Birisi vəzifəsini dondurur, birisi acıq-gizli hakimiyyətdə ola-ola Naxçıvanı su yoluna döndərir və s. Belə hakimiyyəti necə qorumaq olardı?! Özlərini milli və demokratik hökümət adlandıranlar gedib kommunistlərlə işbirliyi yapdılar. Azərbaycanın mənafeləri qaldı bir qıraqda, hakimiyyət daxilində maraqlar, vəzifələr və səlahiyyətlər uğrunda mübarizə qızışdı. Xalq yaddan çıxdı. Amma AMİP hər zaman Azərbaycanın milli və dövlət maraqlarının yanında olub. 1993-cu ildə də məlum hadisələr zamanı da məhz Milli və Dövlət maraqlarını müdafiəsində durub və bu konteksdən çıxış edib. Tarix də sübut etdi ki, doğru addım atmışıq. Gəncədə Sürət Hüsynovun qorxusundan hakimiyyəti qoyub pərən-pərən düşən AXC hakimiyyətinın nümayəndələri indi üzərindən illər keçib cəsarətə gəlib, mətbuatda “od saçırlar.” Bilavasitə sizlərin borcu və vəzifəsi idi ki, ölkəni normal idarə edib, vəziyyəti bu kritik həddə gətirməyəydiniz. Eyni zamanda lap elə qiyam olsun bunu ram etməliydiniz. 7 dövləti razılığı ilə hakimiyyətə gəldiklərini bəyan edənlər birdən-birə Rusiyanın hakimiyyəti dəyişmək kimi iddialarla çıxış etməsi qeyri-ciddi görünür.
Ülvi Həkimov adlı birisi Rusiya tərəfindən işğal olunmuş Krımdan status palaşıb. Paylaşdığı həmin statusda öz ölçüsü boyda tərbiyəsizlik edib. Bu adam özünü elə göstərməyə çalışıb ki, güya həmin dönəmdə böyük zad olub. Axı ay Ülvi, sən kim idin, hansı səlahiyyət və vəzifə sahibi idin ki, səni mərhum prezident Elçibəy danışıqlara göndərirdi?! Həmin vaxtlar hər iki lider demək olar hər gün görüşüb, müzakirələr apardıqları halda, arada vasitəçiyə ehtiyac yox idi. Haçansa AMİP-in həyətindəki çayxanada kiminləsə nə danışmısan, bu elə sənin daşıdığın statusta və səlahiyyətdə olub. İndi durub ağlına gələn yalanlar uydurub, tərbiyəni və səviyyəni sərgiləyirsən. Sənin kimi yönü-yöntəmi olmayan insanlardı ki, AXC hökümətini də, güya tapşırıq aldığını dediyin həmin tarixi şəxsıyyətin adına da hörmətsizlik edirsən. Sən o zaman da heç kim olmusan, indi də heç kimsən. Sən 3-5 manata ona-buna işləyən adamsan. Gəzmədiyin ocaqbaşaı qalmayıb. Ə.Elçibəy elə bir şəxsiyyətdir ki, onun inandığı, etibar etdiyi, vəzifə və görəv verdiyi, adından istifadə etdiyi, bəhrələndiyi insanlar “xarab çıxsalar” da, ona layiq olmasalar da yenə o, böyükdür və hər kəs tərəfindən sayğıya layiq bir tarixi şəxsiyyət kimi qalacaq. Hər kəs öz əməllərinə cavabdehdi. Amma mən də onu dəqiq bilirəm ki, xalqı dar ayaqda qoyub, öz lederinə, öz prezidentinə xəyanət edib, qətiyyətsizlik və qorxaqlıq edib Azərbaycan xalqının faciələrinə bais olanlar tarix qarşısında cavablarını və qiymətlərini alacaqlar. Elçibəy demiş zaman hər şeyi yerbəyer edəcək. AMİP-in bütün zamanlarda alını açıq və üzü ağdır".

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq