Azərbaycan İdeyası

BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb

Tarix:20-06-2026, 11:00
Baxış Sayı:8


İyunun 17-19-da Nyu-York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında BMT İqtisadi və Sosial Şurasının Humanitar Məsələlər üzrə Seqmentinin (HAS) iclası keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliiyinin "X" hesabında bildirilib.

Ümumi müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti çıxış edərək HAS-ın BMT-nin humanitar fəaliyyətinə dair dialoqun inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi ilə əməkdaşlıq və dövlət qurumları tərəfindən göstərilən ikitərəfli yardım vasitəsilə qlobal humanitar səylərə fəal töhfə verir.

Bəyanatda qeyd olunub ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan humanitar yardım alan ölkədən donor ölkəyə çevrilməyi uğurla bacarıb. Bununla yanaşı, münaqişədən sonrakı dövrdə ölkənin üzləşdiyi humanitar problemlərin, xüsusilə qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin, genişmiqyaslı dağıntıların, itkin düşmüş şəxslər probleminin və mina çirklənməsinin hələ də aktual olaraq qaldığı diqqətə çatdırılıb.

Azərbaycan humanitar ehtiyacların qarşılanması və heç kimin diqqətdən kənarda qalmamasının təmin edilməsi üçün çoxtərəfli əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinin vacibliyinə sadiq olduğunu bir daha bəyan edib.

BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?