Azərbaycan İdeyası

Peter Pelleqrini İlham Əliyevlə görüşü barədə: "Dərhal hiss edirsiniz ki, biz iki dost kimiyik"

Tarix:17-07-2026, 11:30
Baxış Sayı:5

Peter Pelleqrini İlham Əliyevlə görüşü barədə: "Dərhal hiss edirsiniz ki, biz iki dost kimiyik"
Slovakiya Prezidenti Peter Pelleqrini bildirib ki, rəsmi görüşün məhz Şuşada keçirilməsi ideyası Azərbaycan dövlətinin başçısı İlham Əliyevə məxsus olub.

Bu barədə Pelleqrini Şuşada "AnewZ" telekanalı üçün əslən bakılı olan tanınmış jurnalist Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində Azərbaycana səfəri və Azərbaycan lideri İlham Əliyevlə görüşü barədə təəssüratını bölüşərkən deyib.

"Əlbəttə, mən dərhal razılaşdım, çünki bu ərazinin tarixini bilirəm. Biz bu uzun dövrü başa çatdırmaq üçün görülmüş işləri, həqiqətən, yüksək qiymətləndiririk", - deyə Slovakiya prezidenti bildirib.

Pelleqrininin sözlərinə görə, bütün Slovakiya nümayəndə heyəti Şuşa və onun ətrafında həyata keçirilən nəhəng infrastruktur investisiyalarına heyran qalıb.

Slovakiya lideri İlham Əliyevlə aralarındakı şəxsi münasibətləri xüsusi qeyd edib:

"Bu, formal səfər deyil. Siz dərhal - görüşün ilk saniyəsindən hiss edirsiniz ki, biz iki dost kimiyik. Ölkələrimiz arasında açıq qalmış məsələlər yoxdur. Bu, strateji tərəfdaşlıqdır".

Pelleqrini, həmçinin məzəli bir müşahidəsini bölüşüb: Prezident İlham Əliyev şəxsən avtomobilin sükanı arxasında hotelə gəldi və onu özü kəndə aparıb.

"O danışdı ki, COVID pandemiyası zamanı sürücülər əlçatan olmayanda yenidən maşın sürməyə başlayıb və indi bu onun xoşuna gəlir", - Pelleqrini gülümsəyərəq deyib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?