Azərbaycan İdeyası

Parlament seçkisindən nələr yazıldı - MDB

Tarix:2-11-2015, 11:40
Baxış Sayı:376

Ötən gün Azərbaycanda baş tutmuş parlament seçkisinə MDB mətbuatı geniş yer ayırıb.
"Korrupsiya və Qanun" qəzeti Seçki-2015-ə istinadən xəbər verir ki, Rusiyanın RBK, RİA-Novosti, TASS, İnterfaks, Lenta.ru agentliklərində yer alan yazılarda bildirilib ki, Azərbaycandakı seçkilər sakit və hakim Yeni Azərbaycan Partiyasının üstünlüyü ilə başa çatıb.
Rusiyanın MİR-24 telekanalı qeyd edib ki, seçkiləri 503 beynəlxalq və 66 min yerli müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasından sitat gətirən kanal vurğulayıb ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə və ölkə qanunvericiliyinə uyğun keçirilib.
Rusiya İnsan Hüquqları müdafiəçisi Aleksandr Brod “İzvestiya” qəzetinə açıqlamasında seçkilərdə hər hansı nöqsana rast gəlmədiyini deyib:
“Mən paytaxt Bakının 10-dan çox məntəqəsində müşahidə apardım. Seçki komissiyaları çox dəqiq işləyirdi. Eyni zamanda Gəncədə səsverməni izləyən əməkdaşlarla əlaqə saxladım. Hər hansı nöqsanla bağlı məlumat daxil olmadı”.
Qazaxıstanın rəsmi informasiya agentliyi “Kazinform” da Azərbaycanda baş tutan parlament seçkilərinə yer ayırıb. Agentlik seçicilərin aktivliyindən və ekzit-polun nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının parlamentdə mandat çoxluğu qazanmasından yazıb.
Belarusun rəsmi “Belta” agentliyi də Azərbaycanda baş tutan parlament seçkilərini işıqlandırıb. Yazıda seçki barədə müfəssəl məlumat (namizədlərin, seçicilərin, seçki məntəqələrinin sayı və sair) verilib. Agentlik qeyd edib ki, seçkilərin şəffaflığını təmin etmək məqsədilə məntəqələrin çoxunda veb- kameralar quraşdırılıb. Seçkini 40-dan çox beynəlxalq təşkilatdan 503 müşahidəçi izləyib. Beynəlxalq təşkilatlarla yanaşı, Avstraliya, İtaliya, Litva, Latviya və digər ölkələrin müşahidəçiləri də səsvermə prosesinin şahidi olublar.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı