Azərbaycan İdeyası

"Mən heç vaxt, heç yerdə belə bir şey görməmişdim"

Tarix:2-11-2015, 13:16
Baxış Sayı:352

Şamaxı, İsmayıllı və Abşeron rayonlarındakı seçki məntəqələrində oldular müşahidəçilərimiz. Bütün məntəqələr vaxtında açılıb.
"Korrupsiya və Qanun" qəzetninə istinad olaraq Milli.Az xəbər verir ki, bu haqda Rusiya MSK-nın rəhbəri Vladimir Çurov bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
"Pis hava şəraitinə baxmayaraq, seçkilərin keçirilməsi üçün, həm də bizim seçkiləri izləməyimiz üçün lazımi şərait yaradılıb. Bundan əlavə seçkilərin gedişini veb-kameralar vasitəsi ilə izləmişik. Bu fenomenal bir şey idi - seçicilərin siyahısı tam dəqiqliyi ilə hazırlanmışdı. Bu, təkcə Avropada deyil, bütün Avrasiya məkanında fenomenal idi.
Mən heç vaxt, heç yerdə belə bir şey görməmişdim. Bütün seçicilər öz adlarını seçici siyahısında tapa bilirdilər. Bu nə İngiltərədə, nə Almaniyada, nə Bolqarıstanda, nə də başqa bir yerdə olmayıb. Milli Məclisə seçkiləri yüksək qiymətləndiririk və həmkarlarımızı bu uğura görə təbrik edirik. Səsvermə pozuntularsız keçib. Ən böyük çatışmazlıq məntəqələrdə namizədlər haqqında məlumatların azlığı və olmaması idi. Namizədlər haqqında məlumatların olması təbliğat-təşviqat hesab edilmir", - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?