Azərbaycan İdeyası

Seçkilərdə qalib gələn namizədlərə deputat statusu nə vaxt veriləcək?

Tarix:5-11-2015, 13:51
Baxış Sayı:326

“Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələrinin müəyyən olunmasına dair Dairə Seçki komissiyalarının protokollarının birinci nüsxəsi və ona əlavə olunan müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub”.
Bu barədə Publika.az-a MSK Katibliyinin Media və İctimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.
Onun sözlərinə görə, bununla da seçkilərin yekunlarına dair protokolların tərtib olunması prosesi başa çatıb. Ş.Əsədli deyib ki, MSK bundan sonra ən geci 20 gün müddətinə seçkilərin nəticələrini yoxlayaraq, bu prosesə tam yekun vurur: “Bu müddətdən sonra Konstitusiya Məhkəməsi MSK tərəfindən təqdim olunan sənədləri 10 gün müddətinə yoxlayaraq təsdiq edəcək. Artıq Konstitusiya Məhkəməsi bu barədə yekun qərar qəbul edəndən sonra seçkilərdə qələbə qazanan şəxslər deputat statusu alacaqlar. Əgər Konstitusiya Məhkəməsi yoxlama prosesi tələb edərsə, həmin müddət artırıla bilər”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı