Azərbaycan İdeyası

Ərəblər Azərbaycanda "ölü diriltməyə" başlayıblar - FOTO

Tarix:17-08-2016, 12:25
Baxış Sayı:523

Ərəblər Azərbaycanda "ölü diriltməyə" başlayıblar - FOTO
"Saytlardan oxuyuruq ki, bəzi insanlar ərəblərin ölkəmizə gəlməsindən narahat olurlar. Halbuki biz hər gün onlarla ünsiyyətdə oluruq, çox mehriban, səmimi və dünyagörüşlü adamlardır. Məncə insanları geyiminə, imicinə görə tənqid eləmək olmaz".

Qaynarinfo.Az sputnik.az-a istinadən bildirir ki, bu sözləri Sədərək Ticarət Mərkəzində satıcı işləyən Nadir Əliyev deyib. O, ərəb turistlərlə bağlı gedən müzakirələrin həddi aşdığını düşünür: "Mənə elə gəlir ki, bu söz-söhbəti ortalığa atanlar qəsdən belə edirlər. Düşünürəm ki, bu, ideoloji məsələdir. Ona görə dərinə girmək istəmirəm. Amma xalqımızın çoxu onlar kimi düşünmür".

"Bildiyim qədərilə, gün ərzində 500-1000 nəfər arası ərəb turist gəlir Bakıya. Nə qədər də pul xərcləyirlər. Bunun nəyi pisdir ki? Onlar bura gələndən bizim alverimiz də güclənib. İndi axşam evə gedəndə daha xoş əhval-ruhiyə ilə gedirəm. Çünki əvvəlki kimi əli-boş yox, əli dolu girirəm evə", - satıcı deyib.

Son günlər Sədərək Ticarət Mərkəzində, əvvəllər heç olmadığı kimi sıxlıq müşahidə olunur. Hətta bir müddət öncə mağazasının ağzına qıfıl vurub qeybə çəkilən sahibkarlar da bu günlərdə yenidən işlərinə geri qayıdıblar. Alverçiləri həvəsləndirən əsas faktor məhz ərəb turistlərin gəlişidir.

Digər millətlərdən fərqli olaraq, ərəblər alış-verişi çox sevirlər və bu səbəblə də öz ölkələrinə qayıtmazdan əvvəl, getdikləri ölkənin böyük ticarət mərkəzlərinə mütləq baş çəkirlər. O cümlədən də Sədərək TM-ə.

İnsanları geyiminə, imicinə görə tənqid eləmək olmazGün ərzində 500-1000 nəfər arası ərəb turist gəlir Bakıya. Nə qədər də pul xərcləyirlər. Bunun nəyi pisdir ki?Onlar bura gələndən bizim alverimiz də güclənib. İndi axşam evə gedəndə daha xoş əhval-ruhiyə ilə gedirəm. Çünki əvvəlki kimi əli-boş yox, əli dolu girirəm evəSədərək ticarət mərkəzində ərəb turistlərYerli sahibkarlar ərəblərin ölkəmizdə sayının artmasından məmnundurlarObyekti təhvil verib getmək istəyirdi ki, alver gücləndi. Təbii ki, buna ərəblər səbəb oldu.Bakının əsas mərkəzi daha çox xoşuma gəldi. Gecə işıqlandırması əladır. Parisdə, Londonda olmuşam, əmin olun, Bakınız onlardan heç də geri qalmırMerinos xalça dükanının sahibi Araz NəsibovSədərək ticarət mərkəzində ərəb turistlərXalçalara çox maraq göstərməsələr də, ərəblərin Azərbaycanda çoxalması məni sevindirir

Apardığımız araşdırmadan bəlli oldu ki, yerli sahibkarlar ərəblərin ölkəmizdə sayının artmasından məmnundurlar. Belə sahibkarlardan biri də, "Merinos" xalça dükanının sahibi Araz Nəsibovdur.

"Xalçalara çox maraq göstərməsələr də, ərəblərin Azərbaycanda çoxalması məni sevindirir. Qonşu dükan yaxın tanışımındır. Pal-paltar satır. Obyekti təhvil verib getmək istəyirdi ki, alver gücləndi. Təbii ki, buna ərəblər səbəb oldu. Eşitdiyimizə görə, vizalar sadələşdiyi üçün turistlərin sayı artıb. Ona görə, demək lazımdır ki, sağ olsun hökumətimiz. Bəlkə bu üsulla itirilən neft gəlirlərini kompensasiya eləmək olar", - ticarətçi əməkdaşımızla söhbətində bildirib.

Fürsət düşmüşkən, ayaqüstü ərəb turistlərlə söhbət eləmək imkanımız da oldu. Marva Şadiya adlı misirli xanım sabah ölkəsinə qayıdacağını, ancaq ilk fürsətdə Bakıya yenə gələcəyini, hətta növbəti dəfə bütün ailəsini Azərbaycana gətirəcəyini söylədi.

"Bakının əsas mərkəzi daha çox xoşuma gəldi. Gecə işıqlandırması əladır. Parisdə, Londonda olmuşam, əmin olun, Bakınız onlardan heç də geri qalmır", - Şadiya bildirdi.

Qonaq turistlərdən yerli mediada onlar haqqında dolaşan məlumatlar barədə də soruşduq və aldığımız cavab belə oldu: "Əlbəttə, sizin dili bilmədiyimiz üçün, haqqımızda nələr danışıldığından xəbərimiz olmur. Amma inanmaq istərdik ki, Azərbaycan xalqı bəzi pessimist və qaranlıq düşüncəli adamlar kimi düşünmür. Çünki pessimist adam hər yerdə var. Bizim ərəblərin içində də var. Hər kəsi eyni cür dəyərləndirməməliyik".

OXŞAR XƏBƏRLƏR
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin             həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri  haqqında