Azərbaycan İdeyası

Avtomobili içkili sürən nazir istefa verdi - FOTO

Tarix:24-08-2016, 10:56
Baxış Sayı:489

Avtomobili içkili sürən nazir istefa verdi - FOTO
İsveçin lisey təhsilinə məsul naziri Aida Hadzialic içkili vəziyyətdə sükan arxasında tutulduqdan sonra keçirdiyi mətbuat konfransında: "Həyatımın ən böyük səhvini etdim", - deyərək istefa edib.

Criminal.az publika.az-a istinadən bildirir ki, dünən axşam Danimarkanın paytaxtı Kopenhagendə konsertdə olduqdan sonra Malmöyə gələrkən yol polisinin keçirdiyi reyd zamanı saxlanılan və qanında spirt aşkarlanan nazir Aida Hadzialic mətbuat konfransı keçirib. O bildirib ki, konsertdən əvvəl iki stəkan şərab içib.

Konsert başa çatandan sonra spirtin təsirinin keçmiş ola biləcəyini düşünərək sükan arxasına keçib: "Deməli, keçməyib. Bu, indi nəticələrinə dözdüyünüz böyük bir səhv idi. Böyük bir səhvə yol verdiyimi etiraf edir və vəzifəmdən istefa verirəm", - deyə o bildirib.

Qeyd edək ki, Yuqoslaviyada vətəndaş müharibəsi əsnasında ailəsi ilə birlikdə 1992-ci ildə 5 yaşında ikən İsveçə sığınan Bosniya mənşəli Aida Hadzialic 2014-cü ildən bəri Sosial Demokrat Partiyasını təmsil edən koalisiya hökumətində nazirlik edirdi.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı