Azərbaycan İdeyası

Ən çox "vorzakon" yetişdirmiş ölkələr - STATİSTİKA

Tarix:25-08-2016, 11:24
Baxış Sayı:364

Ən çox "vorzakon" yetişdirmiş ölkələr - STATİSTİKA
“Qanunda oğru"lara yaxınlığı ilə seçilən məşhur “Praym Kraym” informasiya portalı kriminal ünsürləri ən çox yetişdirən ölkələrin adlarını açıqlayıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sayt indi dünyada ümumilikdə 485 nəfər “qanunda oğru”nun mövcud olduğunu yazır: “Onların 276 nəfəri Gürcüstandan olan titul sahibləridir. Gürcüstan ən çox “vorzakon” yetişdirmiş ölkələr siyahısına başçılıq edir”.

Qeyd edilir ki, Gürcüstanda oğru dünyası ilə bağlı xüsusi qanun qüvvəyə minib. Bu ölkədə “vorzakon”lara qarşı ən sərt cəzalar Mixail Saakaşvilinin hakimiyyəti dövründə tətbiq edilib. Sabiq prezident faktiki olaraq onlara “müharibə” elan etmişdi. Onlardan bir çoxu həbsxanalara göndərildi, bəziləri isə Gürcüstanı tərk etdi.

Araşdırmalar zamanı məlum olub ki, kriminal avtoritetlərin sayına görə, Rusiya ikinci yerdə qərarlaşıb. Bu ölkədə 61 titul sahibi yaşayır. Liderlər üçlüyündə Ermənistan da yer tutur.

Siyahıda 3-cü yerdə qərarlaşan bu ölkə “vorzakon”ların yerləşməsi baxımından Gürcüstan və Rusiyadan fərqlənir. Belə ki, araşdırmalar zamanı erməni “qanunda oğru”ların öz ölkələrində yaşamaları, respublikanı tərk etmədikləri məlum olub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı