Azərbaycan İdeyası

“Kor ərəbin mahnısı” və “Talandı torpağımız” - FOTO/VİDEO

Tarix:7-03-2019, 16:42
Baxış Sayı:309


Tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının yetirmələrinin “Kor ərəbin mahnısı” və “Talandı torpağımız” adlı layihələrinin (kliplərinin) təqdimat mərasimi keçirilib.
Korrupsiya-q.az-ın xəbərinə görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan təqdimatda Sənət Akademiyasının yetirmələri ilə yanaşı, tanınmış sənət adamları, ziyalılar, millət vəkilləri iştirak ediblər.
A.Haşımova təqdimat mərasimində qısa çıxışı zamanı çox həyəcanlı olduğunu bildirib:
“Sırf özümlə bağlı təbdir olanda elə bir həyəcan keçirmirəm. Amma sənətdə yeni-yeni addım atmağa başlayan və başladıqları andan da öz istedadları ilə seçilən azyaşlı, yeniyetmə sənəçilərlə bağlı çox böyük həyəcan keçirirəm.
Bu həyəcan onlara olan etimaddan, inamdan irəli gəlir. Onlar o qədər istedadlı, gələcəyi parlaq olan uşaqlardır ki, həyəcanlanmaya, duyğulanmaya bilmirsən. Bu gün özünüz də bunun bir daha canlı şahidi olacaqsınız, onlar öz istedadları, öz ifa tərzləri hər kəsi bir daha həyəcanlandıracaq, duyğulandıracaq, kövrəldəcək”.
Sonra Sənət Akademiyasının yetirməsi, doqquz yaşlı Həsən Əliyevin ifasında dahi Hüseyn Cavidin sözlərinə yazılmış və onun ruhuna ithaf olunmuş “Kor ərəbin mahnısı” və akademiyanın digər yetirmələrinin sözləri istiqlal şairi Bəxtiyar Vahabzadəyə, musiqisi böyük sənətkar, Xalq artisti Niyaməddin Musayevə aid olan “Talandı torpağmız” mahnısının klipi nümayiş etdirilib.
Balaca və yeniyetmə yaşlarında olan ifaçıların ifası, çəkildikləri kliplər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama