Azərbaycan İdeyası

Həsən Məmmədov Leyla Şıxlinskaya ilə öpüşməkdən niyə İMTİNA ETMİŞDİ? — 38 İLLİK SİRR - VİDEO

Tarix:26-08-2019, 14:56
Baxış Sayı:141


Bu gün Azərbaycan kinosunun əfsanəsi, tanınmış teatr aktyoru Həsən Məmmədovun vəfatından 16 il ötür.
Korrupsiya-q.az "Ölkə.Az"- a istinadla xəbər verir ki, 1938-ci ilin 22 noyabrında anadan olan Məmmədov Salyandakı 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Tələbəlik illərində fasilələrlə dövlət radiosunda çalışıb. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirən Həsən Məmmədov "Azdrama"ya göndərilir. Ümumilikdə 50-dən çox filmə çəkilən aktyorla bağlı maraqlı məqamlar da az deyil.
1971-ci ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülən aktyor, "İstintaq" filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ dövlət mükafatını da titulları siyahısına əlavə edir. Sənətkar 1998-ci ildə isə Ümummulli lider Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilir.
H.Məmmədov 2003-cü il 26 avqustda vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.
Sonda Həsən Məmmədovla bağlı baş vermiş bir hadisəni diqqətinizə çatdırırıq.
1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A.Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L.Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək.
Həmkarlarının dediyinə görə, həmin vaxt H.Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H.Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.




OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama