Azərbaycan İdeyası

Baş prokurorluq Binəqədi neft şirkətindəki qanunsuzluqlara niyə baş qoşmur? – Şərlənən neftçinin hüquqlarını kim qoruyacaq?

Tarix:1-08-2023, 15:53
Baxış Sayı:209

Baş prokurorluq Binəqədi neft şirkətindəki qanunsuzluqlara niyə baş qoşmur? – Şərlənən neftçinin hüquqlarını kim qoruyacaq?
Sadiq oxucularımız xatırlayarlar, “Korrupsiya və Qanun” qəzeti 27 may 2023-cü il tarixli 05 (97) –ci sayında vətəndaş Fərzəliyev Əflatun İsi oğlunun müraciəti əsasında “Binəqədi neft şirkəti 35 ilin qüsursuz işçisini necə şərləyib” sərlövhəli məqalə dərc olunmuşdu.
Ə.Fərzəliyev bildirirdi ki, 1988-ci ildən Binəqədi Neft-Qaz Çıxartma İdarəsində operator vəzifəsində işləyirmiş. Təxminən 2019-cu ilin axırlarına yaxın idarənin adı dəyişdirilərək “Binəqədi Oil Company” adlandırılmışdır. 2023-cü ilin yanvar ayınadək həmin idarədə vicdanla, iş rejiminə əməl etməklə işləyib. Bu səbəbdən də “Neftçilər Günü” münasibətilə Azərbaycan neft sənayesinin inkişafında göstərdiyi böyük xidmətlərinə görə baş direktor Sergey Neyimşevin12.09.2017-ci il tarixli, 128 nömrəli əmri ilə fəxri fərmanla təltif edilərək öz vəzifəsində saxlanılıb.
Sitat: “2023-cü ilin yanvar ayında soyadını bilmədiyi Qahir adlı sex rəisi ona icazəsiz olaraq şirkətə məxsus yük maşınına yük yükləyərkən nəzarət kameralarına düşdüyünü deyib. Qahir onu ofisə çağıraraq 19 ədəd mili icazəsiz yük maşınına (avtokrana) yüklədiyi barədə izahatını alıb. Halbuki, milləri və digər materialları maşına yükləmək onun gündəlik fəhlə işi olub. Millərin oğurlanıb-oğurlanmamasına nəzarət etmək onun işi deyilmiş. Şikayətçi tutarlı arqumentlə çıxış edirdi: “Əgər mənim bu hərəkətim doğrudan da oğurluqdursa, bu, o anlama gətirir ki, mən həmin idarədə işlədiyim 35 ildə hər gün oğurluqla məşğul olmuşam və bu əməllərimi ötən günlərdə, aylarda, illərdə idarədə görən olmayıb? Əgər milləri oğurlayacaqdımsa, mən orada necə işləyirdim? Qahir adlı şəxs öz xahişimlə ərizə yazmağı tələb etdi və dedi ki, əks halda əməllərim barədə hüquq-mühafizə orqanlarına məlumat verəcək, məni həbs edəcəklər. Mən onun bu təkidləri qarşısında işdən azad olunmaq barədə ərizəmi yazdım”.
Sonda müharibə veteranı olduğunu qeyd edən Fərzəliyev onun probleminin geniş oxucu kütləsi qarşısına çıxarılaraq ictimailəşdirilməsini, aidiyyəti üzrə dövlət orqanlarına göndərilərək onun öz işinə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdi.
Vurğulamışdıq ki, bu müstəvidə araşdırılmalı olan əsas məsələ Əflatun Fərzəliyev üçün işinə bərpa olunmasıdırsa, dövlət və şirkət üçün də əsl oğrunun (oğruların) tapılması olmalıdır. Redaksiya olaraq məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyinin sədri Mirvari xanım Qəhrəmanlıya məktubla müraciət edərək, işin nəzarətə götürülməsini xahiş etmişdik. Təəssüf ki, baş prokurorluğun reaksiyası özünü ləngidir.

OXŞAR XƏBƏRLƏR
Orville 6 avqust 2023 23:52
  Жалоба     
Hello, just wanted to mention, I liked this post.
It was funny. Keep on posting!

Feel free to surf to my page slot ofline
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb
Neft bahalaşıb bu qiymətə OLDU
Neft bahalaşıb bu qiymətə OLDU
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB