Azərbaycan İdeyası

Astaranın icra başçısı Qəzənfər Ağayev Kijəbə kənd sakininin fəryadını niyə eşitmir?

Tarix:1-08-2023, 15:57
Baxış Sayı:175

Astaranın icra başçısı Qəzənfər Ağayev Kijəbə kənd sakininin fəryadını niyə eşitmir?
“Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinin 19 oktyabr 2022-ci il tarixli sayca 06 (90)-cı nəşrinin 8-ci səhifəsində dərc olunmuş “Astara: Qəzənfər Ağayev qəsəbədə yalnız Bayraq Meydanı ilə qayğılanır, köhnə hamamı, su anbarını görmür – Kijəbə kənd sakininin fəryadı” sərlövhəli məqalənin dərcindən 8 ay ötür. Məqalənin yer aldığı qəzetin nüsxəsini qoşma etdiyimiz müşayiətedici məktubla Astara RİH-nin başçısı Qəzənfər Ağayevə göndərmiş, məqalədə ehtiva olunan məsələyə - Kijəbə qəsəbə sakini Şəmsiyyə Nəzərovanın probleminin həllinə köməklik göstərəcəyinə ümidvar olduğumuzu bildirmişdik.
Lakin çox təəssüflər olsun ki, ötən müddət ərzində problemin həlli istiqamətində heç bir addım atılmayıb.
Xatırladaq ki, Astara rayon sakini Şəmsiyyə Nəzərova 30 ildir rayonun Kijəbə kəndində ailəsi (özü, həyat yoldaşı və qızı) ilə birgə yaşayır. 15 il əvvəl yaşadıqları “Köhnə hamam” deyilən bina çöküb. Yaxınlıqda yaşayan bacısıgilin tövlə kimi istifadə etdikləri tikiliyi köçərək şəraitə (şəraitsizliyə) uyğunlaşmaq məcburiyyətində qalıblar. Astara rayon İcra Hakimiyyətinə gedib yaşamaq üçün sığınacaq verilməsini xahiş edib. Qəsəbənin “Su anbarı” kimi tanınan məhləsində onlara həyətyanı sahə veriblər. Ailə orada palçıqdan bir daxma tikib yaşamağa davam edib. Həmin daxmanın da qəzalı vəziyyətdə olduğunu bildirən Şəmsiyyə Nəzərova göz yaşları ilə yazdığını etiraf etdiyi ərizəsində redaksiyadan xahiş etmişdi ki, əməkdaşlarımız ailənin yaşadığı ünvana baş çəkib şəraitlə tanış olsunlar və yerində video-çəkiliş aparıb hazırladıqları süjeti aidiyyəti qurumlara çatdırsınlar.
Astara rayonuna ezam olunan çəkiliş qrupumuz qeyd olunan ünvanda olmuş, ailənin acınacaqlı həyat tərzinin şahidi olmuşdular. Öyrənmişdilər ki, dəfələrlə aidiyyati qurumlara, o cümlədən rayon İcra Hakimiyyətinə, rayon fövqəladə hallar komissiyasına müraciət edən ailənin probleminə heç kəs həssas yanaşmayıb, məktublarınba cavab verən olmayıb. Kamera önündə müsahibə verən Şəmsiyyə Nəzərova KİV üzərindən üzünü ölkə Prezidentinə tutub dövlət başçısından köməık istəmişdi.
Məlum olmuşdu ki, Nəzərovlar ailəsinin son vaxtlara kimi heç elektrik təminatı da olmayıb. Az əvvəl Şəmsiyyə xanımın bacısıgildən qeyri-leqal naqil çəkərək istifadə etməyə başlayıblar. Daxmanın içərisi və tavanı uçuq-sökük vəziyyətdədir.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama