Azərbaycan İdeyası

"VİNÇESTER"Lİ QAYINATANIN BIÇAQLI KÜRƏKƏNİ NİYƏ HƏBS OLUNMUR? - MÜƏMMA

Tarix:17-12-2018, 13:25
Baxış Sayı:1 118

Astara rayonunun Ərçivan kəndində yaşayan Əliyev Muxtar Əli oğlu redaksiyamızın qonağı olmuşdur. Bildirmişdir ki, məlum şəxs tərəfindən ona xəsarət yetirilməsi ilə bağlı 29 noyabr 2011-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılmış, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin guya müəyyən olunmaması əsası ilə cinayət təqibi üzrə icraat Cinayət Prosessual Məcəlləsinin 53.1.1 maddəsi ilə dayandırılmışdır. Halbuki, qeyd etdiyi kimi, onu bıçaqlayan şəxsi tanıyır:
"Düz 7 ildir ki, məni aldadaraq "ötür-ötür" oynayan hüquq-mühafizə, cinayət təqibi və ədliyyə orqanları hansısa təmin olunmuş maraqları səbəbindən aşkar cinayətkarı məsuliyyətə cəlb etmirlər. Təqhqiqata, istintaqa və əməliyyat fəaliyyətində qanunların icrasına nəzarət yoxdur. Bu günlərdə cənab Prezidentə də növbəti teleqram vurmuşam. Siz deyin, mən hansı qeyri-ordinar hərəkəti etməliyəm ki, haqq-ədalət yerini tapsın : Öz qisasımı özümmü almalıyam?.."
Müxtar Əliyev redaksiyamızda olarkən, başına gələn hadisə və onu müşayiət edən assosiasiyalar barədə əlavə olaraq daha ilginc məlumatlar vermişdir. Muxtarın sözlərinə görə, onu vuran şəxsin Bəhramov Kamran Bəxtiyar oğlu olmasını bildirərək onu şəxsən özü tutdurub istintaqa təhvil verəndən sonra Kamranın qaynatası Quliyev Bəxtiyar Hüseynqulu oğlu həmin günü Astara rayonunda Əliyevlərin yaşadığı evə silahlı basqın edib. Qardaşının üstünə "vinçester" tüfəngi çəkib və iki dəfə havaya atəş açaraq hədələyib ki, Kamranı dərhal buraxdırmasaq, 9 nəfər ailə üzvlərimizin hamısını güllələyəcək. Yalnız qonşuların müdaxiləsi ilə hadisə pis sonluqla nəticələnməyib. Muxtar bildirir ki, qardaşı DİN-nin "102" xidmətinə zəng vurub. Hadisə yerinə gələn yerli polislər gecə saat 12-də onun qardaşını aparıb polis şöbəsində izahatını da alıblar. Lakin necə olubsa, o materialı da gizlədiblər. Odlu silahla hədələmə faktı ortada ola-ola, cinayət işinin başlanılmasının dayandırıldığını deyiblər. Cinayət işinin başlanılmasının dayandırılması barədə qərarın surətini istəsə də, də ona verməyiblər, bir sözlə, başqa amillərin təsiri ilə işi "bağlayıblar": "Quliyev Eldar Hüseynqulu oğlu, Quliyev Bəxtiyar Hüseynqulu oğlu, Bəxtiyarın oğlu Quliyev Hüseynqulu Bəxtiyar oğlunun köməkliyi ilə Bəxtiyarın kürəkəni Bəhramov Kamran Bəxtiyar oğlu məni öldürməyə cəhd etdi və sağlamlığıma ağır xəsarət yetirdi".
Muxtar Əliyev xatırlayır ki, o vaxt Kamran tutularaq Nəsimi RPŞ-nin 19-cu polis bölməsində fotorobotla gətiriləndə müstəntiq ona imkan yaratmışdır ki, qayınatasına zəng vursun. Lakin həmin an qayınatasına zəng çatmadığından həyat yoldaşına zəng vurmuş və belə demişdir: "Atana de ki, gəlsin, öz problemini özü həll etsin, mən kiminsə əvəzinə "içəri"də oturan deyiləm".
Xatırladaq ki, Muxtar Əliyevin yuxarı instansiya rəhbərlərinə və surətini redaksiyamıza ünvanladığı şikayət ərizəsinə əsasən, qəzetimizin 21 sentyabr 2018-ci il tarixli sayca 06 (68)-ci nəşrində "ZƏRƏRÇƏKƏNİN TANIDIĞI CİNAYƏTKARI SİSTEM NİYƏ TANIMAQ İSTƏMİR?" başlıqlı məqalə dərc edilmiş və geniş oxucu marağına səbəb olmuşdur. Məqalənin dərc olunduğu qəzetin nüsxəsi müşayiətedici məktubla tərəfimizdən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilmişdir. İdarədən aldığımız 19.11.2018-ci il tarixli cavab məktubunda bildirilir ki, Astara rayonunun Ərçivan kənd sakini Əliyev Muxtar Əli oğlunun naməlum (? - red.) şəxs (lər) tərəfindən ağır bədən xəsarətləri yetirilməsi ilə bağlı DİN-nə daxil olmuş müraciətimizə baxılmışdır. Məktubda xatırladılır ki, faktla bağlı Nəsimi rayon Polis İdarsəsinin İstintaq Şöbəsində AR CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə 29.11.2011-ci il tarixdə 110070576 nömrəli cinayət işi başlanılmışdır. Həmçinin qeyd olunmuşdur ki, göstərilən xüsusatların ətraflı araşdırılması üçün müraciətimiz Nəsimi rayon Polis İdarəsinə göndərilmiş, nəticəsi barədə həmin orqan tərəfindən redaksiyaya ətraflı məlumat veriləcəkdir. Gözləyirik. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə