Azərbaycan İdeyası

AZƏRBAYCANDA MƏHKƏMƏ TİBBİ EKSPERTİZA RƏZALƏTİ - Mərhumun başının məzardakı bədəninə qovuşması üçün anası və qardaşları onun qanının batırılması ilə barışmalıdırlar

Tarix:1-09-2023, 14:50
Baxış Sayı:330

AZƏRBAYCANDA MƏHKƏMƏ TİBBİ EKSPERTİZA RƏZALƏTİ - Mərhumun başının məzardakı bədəninə qovuşması üçün anası və qardaşları onun qanının batırılması ilə barışmalıdırlar
Qənbəralıyev Hikmət Tağı oğlu 17 yanvar 2018-ci il tarixdə İmişli rayonunun Aranlı kəndində, özünə məxsus evdə ölüb. Ölüb, yoxsa, öldürülüb? – Bu fakt hüquq-mühafizə və cinayət təqibi orqanlarında araşdırılıb. Mərhumun anası, qardaş–bacıları hesab edirlər ki, öldürülüb. Onların fikrincə, hadisənin baş verməsindən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu günə qədər iş üzrə obyektiv araşdırma aparılmamış, cinayət əməli düzgün tövsif edilməmiş, ibtidai istintaq orqanı hadisənin baş vermə vaxtını və yerini təhrif etmiş, bununla da işin obyektiv həllində qərəzli olduğunu açıq surətdə nümayiş etdirmiş, qərəzli və məqsədyönlü olaraq, yanlış nəticəyə gəlmək, yəni təqsirli şəxsi (şəxsləri) məsuliyyətdən yayındırmaq üçün hüquqi zəmin yaratmış, bunun nəticəsində isə həmin işdə heç kim məsuliyyətə cəlb olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı CM-in 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlamaqla işini bitmiş hesab etmiş, halbuki, mərhum özünə məxsus evin içində baş nahiyəsindən vurulmuş küt alətlə qətlə yetirilmiş, bu isə o deməkdir ki, əməl düzgün tövsif edilməmiş, əslində CM-in 120-ci (qəsdən adam öldürmə) maddəsi imə tövsif edilməli idi.
Mərhumun qardaşları – İmişli rayonunun Aranlı kənd sakinləri – II qrup müharibə əlili Qənbəralıyev Teymur Tağı oğlu və Qənbəralıyev Teyyub Tağı oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, bildirirlər ki, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatına cavabdeh olan az qala bütün yüksək vəzifəli şəxslərə müraciət etmiş, bir çoxunun qəbulunda olmuş, lakin təəssüflər olsun ki, həmin cinayət faktının üstü açılmamış qalmışdır. Şikayətçilər iddia edirlər ki, mərhum qardaşları Hikmət Qənbəralıyevi həyat yoldaşı Qənbəralıyeva Xəyalə Eminağa qızı Qızılkənd kənd sakini Elvin Paşayev ilə cinayət əlaqəsinə girərək qətlə yetirmişlər.
İndi isə zərərçəkmişlərin prizmasından təfərrüatlara göz ataq:
İmişli rayonu Aranlı kəndində yaşayan mərhum Qənbəralıyev Hikmət Tağı oğlu uAzərsun”un Biləsuvar Konserv Zavodunda operator vəzifəsində işləmişdir. Mərhum 17 yanvar 2018-ci il tarixdə səhər saat 7-də evindən çıxıb, Biləsuvar Konserv Zavoduna işə gedib. Axşam saat 20:00-da işini təhvil barədə kartını daxil edərək. “Azərsun”a məxsus xidməti “Qazel”lə yaşadığı Araniı kəndinə gəlib. Hikmət axşam saat 20:00 radələrində işdən çıxmamışdan əvvəl qardaşı Mütəllimin oğlu Şöhrətə zəng edərək bildirib ki, “mən evə gələnə kimi get mağazadan evə kartof və soğan al apar”. Şöhrət də mağazadan kartof, soğan alıb gətirib əmisinin həyat yoldaşı Xəyaləyə venb. Özü də oturub əmisini gözləyib ki, əmisi gələndən sonra öz evlərinə gedər. Bir az keçəndən sonra Xəyalə Şöhrətə deyib ki, “biz yatırıq, dur get öz evinizə”. Söhrət evə gedən zaman Xəyalə öz uşaqlarına və Şöhrətin burnuna dərman sürtərək qrip tutmayacağını bildirib. Həmin gün səhər saat 7-də Hikmət işə gedəndən sonra mərhumun həyat yoldaşı Xəyalə Şöhrətgilə gedərək, Şöhrətin telefonunu alıb, naməlum şəxslə danışıb, yarım saatdan sonra telefonun üstünə 1 manatlıq kontur kartı qoyaraq, gətirib Şöhrətə qaytarıb. Hikmət “Azərsun”a məxsus xidməti “Qazel”dən düşdükdən sonra kəndin mərkəzində olan mağazaya iş yoldaşı Mahir Məmmədovla birlikdə daxil olub, özünə bir cüt “sapaçki” ayaqqabı və bir cüt corab alıb, iş yoldaşı ilə birlikdə evlərinə tərəf gediblər. İş yoldaşı öz mənzilinə tərəf dönüb, Hikmət özünün yaşadığı mənzilə tərəf gedəndə işçisi Günövşə zəng edərək icazə istəyib, o, isə “evə çatım, sənlə əlaqə saxlayaram” deyib. Hikmət saat 21:00-da öz yaşadığı mənzilə daxil olub. 21:20 radələrində işçisi Günövşə Hikmətdən zəng gəlmədiyini görüb, özü yenidən zəng edib. Günövşə yenidən zəng etdiyi zaman telefon 13 saniyə müddətində açılıb, amma heç kim danışmayıb. Mərhumun evinin sağ tərəfində bacısı, sol tərəfındə isə qardaşı Mütəllimin evi yerləşir. Saat 22:30 radələrində (hadisədən 1 saat 30 dəqiqə sonra!) mərhumun oğlu Nurlan qaçaraq, qonşusu olan əmisi Mütəllimə və əmisi oğlu Şöhrətə atasının evin qapısının qarşısında yıxıldığını deyib. Mütəllim və oğlu Şöhrət həmin yerə gəldikdə, Hikmətin öldüyünü görüblər. Hikmətin oğlu Nurlan əmisi Teymura saat 22:45 radələrində zəng edərək (hadisədən 1 saat 45 dəqiqə sonral), atasının yıxıldığını deyib. Teymur hadisə yerinə gələndə, artıq mərhumun həyat yoldaşı Xəyalə evdə olan digər şəxslərlə birlikdə, evin otaqlarının birinə keçirib uzandırmış, buna qədər isə onun qanını yumuşdur. Bir faktı da bildirək ki, mərhumun oğlu Nurlan əmisi Mütəllim və onun oğlu Şöhrəti çağırıb apararkən, həmin vaxt Hikmətin aldığı “sapaçki”, corab, işdən gələrkən əynində olan “kurtka” (gödəkçə), papaq evin dəhlizində olmuşdur. Göründüyü kimi, Hikmət öz yaşadığı mənzilə daxil olub, müəyyən vaxtdan sonra öldürülərək çölə çıxarılıb. Hikmətin ölümündən 3 gün öncə, onunla birlikdə işləyən qardaşı Teyyub Hikmətin kefsiz olduğunu görüb, niyə belə olduğunu soruşduqda, Hikmət ona bildirmişdir ki, “mənim evimdə ailəmlə problemim var, sən narahat olma, özüm həll edəcəm”. Mərhumun qardaşları bildirirlər ki, mərhumun həyat yoldaşı Xəyalə bir çox şəxslərlə yüngül həyat tərzi keçirmiş və bunu bütün kənd sakinləri, o cümlədən son zamanlar mərhumun özü bilmiş (bu halı onun telefon danışıqları da təsdiq edir) və bu səbəbdən də evdə mütəmadi olaraq ailə münaqişəsi olmuş, Xəyalənin yüngül həyat tərzi keçirdiyi şəxslərdən biri də, sonuncunun bacısının əri, qonşu kənddə yaşayan Aqil olmuşdur. Hadisə baş verən gün, saat 23:00 radələrində mərhumun qardaşi Teyyub həmin yerə gəlib və onu qardaşı Ağəli ilə Teyyuba məxsus olan avtomobillə Aranlı kənd xəstəxanasına aparmışlar. Aranlı kənd xəstəxanasının baş həkimi Məhəmməd Bəylərov mərhumun, təqribən 2 saat öncə başından küt alətlə vurularaq öldürüldüyünü bildirib. Mərhumun böyük qardaşı Orucəli onun qayınatası Eminağaya xəstəxanada bildirib ki, “gəlin, siz də bizə kömək edərək, hadisənin kimin tərəfindən törədildiyini araşdıraq”. Eminağa da Orucəliyə deyib ki, “əgər bu hadisəni polisə bildirsəniz, biz bu işdə yoxuq”. Bundan sonra Orucəlinin oğlu Əli saat 23:30 radələrində DİN-in “102” xidmətinə zəng vuraraq, əmisi Hikmətin öz evində öldürüldüyünü bildihb. Sonra hadisə yerinə polislər, prokurorluq işçiləri, məhkəmə ekspertləri gəliblər. Meyid təcili yardım maşını ilə morqa aparılmışdır. Orada meyit ekspertizadan keçirilmiş və ekspertlər belə qənaətə gəlmişlər ki, mərhum küt alətlə vurularaq, baş nahiyəsinin arxa sümüklərinin qırılması və beyninə qan dolması nəticəsində ölmüşdür. Mərhumun “3” mərasimi günü, onun Beyləqanda yaşayan bacısı Ülviyyə mərhumun kiçik oğlundan atasının nədən öldüyünü soruşmuşdur. Uşaq da cavab vermişdir ki, atası işə gedəndə anası Xəyaləyə, “mən işdən qayıdana qədər uşaqlar qalsın, özün evdən çıxıb atan evinə gedərsən” demişdir. Xəyalənin ona cavabı isə belə olmuşdur: “Gələndə görəcəksən, atanın evinə sən gedəcəksən, yoxsa mən”.
Beləliklə, mərhumun həyat yoldaşı Xəyalə hadisədən dərhal sonra polisə məlumat vermək əvəzinə, onun qanını yumuş, bununla da izlərin itirilməsinə cəhd etmiş və buna müəyyən mənada nail olmuş, əslində hadisə ailə - məişət münaqişəsi zəminində, yəni mərhumun həyat yoldaşı Xəyalənin bir çox şəxslərlə yüngül həyat tərzi keçirməsi və bu halı mərhumun bir kişi kimi qəbul etməməsi, bununla bağlı Xəyaləyə öz iradını bildirməsi nəticəsində baş vermiş, Xəyalənin atası Eminağanın mərhumun qardaşı Orucəliyə “əgər bu hadisəni polisə bildirsəniz, biz bu işdə yoxuq” deməsi, cinayət məhz Xəyalə və (və ya) onunla isti münasibətlərdə olan şəxslər tərəfindən və ya onların iştirakı ilə törədilmiş, özü də hadisə evin ginş hissəsində deyil, məhz evin içində törədilmişdir.
Beləliklə, göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən cinayət əməli CM-in 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə düzgün tövsif edilməmiş, əslində CM-in 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməliydi.
Mərhumun qardaşları bildirirlər ki, ibtidai istintaq orqanının işin həqiqi hallarını təhrif etməsi, obyektiv və hərtərəfli araşdırma aparmaması ilə bağlı Azərbaycan Respublikasının sabiq Baş Prokuroru cənab Zakir Qaralovun, Azərbaycan Respublikasının sabiq Daxili İşlər Naziri cənab Ramil Usubovun, Azərbaycan Respublikası Przidentinin köməkçisi cənab Fuad Ələsgərovun və digər aidiyyəti vəzifəli şəxslərin qəbulunda oimaqlarına baxmayaraq, ibtidai istintaq orqanı həmin vəzifəli şəxslərin də müvafiq göstərişlərinə əhəmiyyət verməyib. Digər tərəfdən, saysız-hesabsız müraciətləri də obyektiv və hərtərəfli araşdırılmayıb, aidiyyəti orqanlar həmin müraciətlərə formal cavab verməklə kfayətləniblər.
Qənbəralıyev qardaşları bildirirlər ki, ibtidai istintaq orqanı qərəzli və məqsədyönlü olaraq obyektiv və hərtərəfli araşdırma aparmır: “Əks halda, elə həmin ibtidai istintaq orqanı tərəfindən bir layiqli Azərbaycan vətəndaşının qanı batırılmazdı!”
Həmçinin yazırlar ki, ötən 5 ildən artıq müddət ərzində aidiyyəti orqanlara çoxsaylı müraciətlərindən sonra, nəhayət Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiq Elvin Hüseynov tərəfindən təkrar kompleks komisyon məhkəmə - tibbi, məhkəmə situasiyon ekspertizası təyin edilmiş, ekspertiza 15.07.2022-ci il tarixdən Azərbaycan Respublikası SN MTE və PAB” phş-nin Bakı şəhər şöbəsində icrada olmaqla, 21.07.2022-ci il tarixdə mərhumun meyiti Məhkəmənin qərarı əsasında ekshumasiya olunaraq təkrar məhkəmə-tibbi ekspertizadan keçirilmiş, meyitdən məhkəmə-tibbi kriminalistik tədqiqata zəruri meyit nümunələri (kəllə sümükləri) götürülərək, müvafiq tədqiqat aparılması üçün Birliyin Məhkəmə-tibbi kriminalistika şöbəsinə göndərilmişdir.
19.09.2022-ci il tarixdə Azərbaycan Respublikası SN “MTE və PAB” phş-nin Bakı şəhər şöbəsi müvafiq ekspert rəyi verilmiş, 14.10.2022-ci il tarixdə müstəntiq Elvin Hüseynov tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi ekspertin iştirakı ilə həmin rəylə tanış edilmişdir.
Doğrudur, həmin rəylə tanış olduqdan sonra ilk dəfə olaraq meyitin əli üzərində də xəsarətlərin olması müəyyən edilib. Lakin, bununla belə, zərərçəkmiş qardaşlar əmin olublar ki, iş üzrə tam və hərtərəfli araşdırma aparılmır: “Belə ki, təyin edilmiş təkrar kompleks komisyon məhkəmə-tibbi, məhkəmə situasiyon ekspertizası üzrə ekspertlərin də obyektiv rəy verməsinə kifayət qədər əsaslı şübhələr vardır. Və bu şübhələr, hesab edirik ki, özünü doğrultdu. Yəni yenə də, demək olar ki, əvvəl verilmiş rəylərlə eyni məzmunlu rəy verildi. Görünən odur ki, cinayət işi üzrə təyin edilmiş bütün ekspertizalar üzrə mülki ekspertlər heç bir obyektiv tədqiqat aparmamış, obyektiv rəy verməmişlər. Məhz qeyd edilənlərə əsasən əvəlki müraciətlərimizdə də dəfələrlə qeyd etmişdik ki, biz hesab edirik ki, cinayət işi üzrə təkrar kompleks komisyon məhkəmə-tibbi, məhkəmə situasiyon ekspertizası təyin edilməsi və ekspertizanın keçirilməsinin hərbi-həkim ekspertizasına həvalə edilməsi üçün müvafiq qərar qəbul edilməlidir. Lakin həmin vəsatətimiz bu günə qədərtəmin edilməmişdir”.
Bundan başqa, Qənbəralıyev qardaşları hesab edirlər ki, cinayət işi üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması üçün ibtidai istintaq orqanı tərəfindən cinayət əməlinin törədilməsində şübhəli hesab oluna bilən şəxslərin, həmçinin hadisənin baş verdiyi tarixə yaxın ərəfədə mərhum zərərçəkmiş şəxs Qənbəralıyev Hikmət Tağı oğlunun istifadəsində olmuş telefon nömrəsinə daxil olan və çıxan zənglər tam çıxarılmalı və anten dairələri müəyyən edilərək, hadisənin törədilməsində şübhəli hesab oluna bilən şəxslərin dindirilməsi təmin edilməlidir: “Belə ki, bizdə olan dəqiqləşdirilməmiş məlumata görə, cinayət işi hələ İmişli rayon Prokurorluğunun icraatında olarkən ibtidai istintaq orqanı tərəfindən müvafiq istintaq hərəkətləri aparılsa da, bu, səthi xarakter daşımış, əslində cinayət əməlinin törədilməsində şübhəli hesab oluna bilən şəxslərin məsuliyyədən yayındırılmasına hesablanmışdır”.
Qənbəralıyev qardaşları bu qənaətdədirlər ki, cinayət işi üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması üçün ibtidai istintaq orqanı tərəfindən aşağıda qeyd olunan xüsusatların araşdırılması zəruridir:
- mərhumun qətlə yetirilməsindən əvvəl başında olmuş papağın İmişli rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yataq otağından götürülməsi,
- mərhumun qətlə yetirilməsindən cəmi bir neçə saat əvvəl aldığı sapoçki və corabın evdən götürürməsi,
- mərhumun qətlə yetirilməsindən bir neçə dəqiqə sonra iş yoldaşı Gülövşə adlı şəxsin onun istifadəsində olmuş telefon nömrəsinə edilən zəng zamanı mərhumun telefonunun kim tərəfindən açıiması,
- mərhumun qətlə yetirilməsindən sonra onun boynunda olmuş, hadisə zamanı qana bulaşmış şərfin kim tərəfındən sobaya (peçə) atılıb yandırılması,
- mərhumun arvadı Xəyalənin uşaqların və qonşu Şöhrətin əlinə vurduğu dərmanın Prokurorluq tərəfindən bu günə qədər yoxlanılmaması,
- mərhumun hadisədən bir müddət əvvəl işə gedəndən sonra arvadı Xəyalənin səhər tezdən, qaranlıq vaxtı 2 km uzaqlıqda olan Yunisin mağazasına oğlu ilə gedərək, danışıq konturu alıb kimə nəyə görə zəng etməsi faktının Prokurorluq tərəfindən bu günə qədər yoxlanılmaması,
- mərhumun arvadı Xəyalənin səhər tezdən, qonşusu Şöhrətin telefonunu alaraq kimə nəyə görə zəng etməsi faktının Prokurorluq tərəfindən bu günə qədər yoxlanılmaması,
- mərhumun qonşusu Sabir Həsənovun hadisədən sonra İmişli rayon Polis İdarəsinə gedərək, mərhumun dava - dalaş səslərinin eşidildiyini deməsi, yarımçıq tikilidən 2 nəfərin qaçdığını biidirməsi, bu halların Prokurorluq tərəfindən bu günə qədər araşdırılmaması,
- mərhumun qardaşlarının bildirdiyinə görə, mərhumun qətlə yetirilməsindən sonra hadisə zamanı istifadə edilmiş baltanın hasarın üstündən yuyulmuş halda İmişli rayon Prokurorluğunun müstəntiqinin göstərişinə əsasən götürülməsi faktının Prokurorluq tərəfindən bu günə qədər araşdırılmaması, 
- hadisə ilə bağlı televiziya çəkilişi zamanı İmişli rayon Polis İdarəsinin əməkdaşlarının Qənbəralıyev Teymur Tağı oğlunu çağıraraq, hadisə zamanı istifadə edilmiş baltanın polislər tərəfindən götürülməsini bildirməsi faktının Prokurorluq tərəfındən bu günə qədər araşdırılmaması,
- Azərbaycan Respublikası SN “MTE və PAB” phş-nin İmişli rayon şöbəsinin eksperti Şaiq adlı ekspertin meyiti müayinə etdikdən sonra mərhumun küt alətlə vurularaq qətlə yetirilməsi faktını bildirməsi, lakin hadisədən 3 ay sonra həmin ekspertin “mərhum özü yıxılıb ölə bilər’ məzmunlu, yəni ziddiyyətli rəy verməsi faktının Prokurorluq tərəfindən bu günə qədər araşdırılmaması,
- hadisə ərəfəsində Aranlı kəndində olan müşahidə kameralarından görüntülərin həmin hansı səbəbdən ibtidai istintaq orqanı tərəfindən dərhal götürülməməsi, hadisədən sonra isə hansı səbəbdən dərhal silinməsi faktının Prokurorluq tərəfindən bu günə qədər araşdırılmaması,
- meyit ekshumasiya olunarkən müayinə zamanı meyitin baş ənsə sümüyü tərəfinin 6 hissəyə bölünməsi halının müəyyən edilməsi, bu halın isə yıxılma ilə baş verə bilməməsi faktının Prokurorluq tərəfindən bu günə qədər araşdırılmaması,
- Azərbaycan Respublikası SN “MTE və PAB” phş-nin Bakı şəhər şöbəsinın müvafiq ekspert rəyinin ibtidai istintaq orqanına təqdim edilməsindən bir neçə gün əvvəl mərhumun arvadı Xəyalənin anası və atasının qışqıraraq rəydən xəbərlərinin olmasını bildirməsi, bu barədə Qənbəralıyev Teymur Tağı oğlu tərəfindən dərhal müstəntiq Elvin Hüseynova məlumat verilməsi, lakin bu halın da Prokurorluq tərəfindən bu günə qədər araşdırılmaması.
Qənbəralıyev qardaşları israr edirlər ki, ibtidai istintaq orqanı tərəfindən kifayət qədər obyektiv araşdırma aparılmır və bu hal isə qəbuledilməzdir. Onların fikrincə, müstəntiq Elvin Hüseynovun cinayət işi üzrə obyektiv araşdırma aparmasına əsaslı şübhələr vardır. Qeyd edilənləri nəzərə alıb, mərhum Qənbəralıyev Hikmət Tağı oğlunun qətlə yetirilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin icraatında olan 180446001 saylı cinayət işinin nəzarətə götürülməsi, bu məqsədlə yuxarıda qeyd olunan xüsusatların araşdırılması, o cümlədən cinayət işi üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması üçün cinayət işinin müstəntiq Elvin Hüseynovun icraatından alınaraq başqa müstəntiqə verilməsi üçün təcili göstəriş verilməsini xahiş edirlər.
Beləliklə, əziz oxucular, bioetikaya zidd olsa da, qeyd etmək məcburiyyətindəyik: meyitin cəsədi məzarda, başı isə bir ildən artıq müddətdir ki, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-tibbi kriminalistika şöbəsində qalmaqdadır. Zərərçəkmişlərin iştirakı olmadan bir neçə dəfə keçirilmiş ekspertizanın rəyi onlara verilməyib. Qanunun aliliyini təmin etməklə vəzifələndirilmiş orqanlar başın bədənə qovuşmasına yalnız bir yol qoyublar – mərhumun qardaşları onun qanının batırılması ilə barışmalıdırlar! Bu, rəzalətdir!
Xuraman Əhlimanqızı.

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…