Azərbaycan İdeyası

Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar.

Tarix:20-02-2026, 19:04
Baxış Sayı:120


Qəbələdə Rusiyanın icarəsində olan radiolakasiya stansiyasının müqaviləsinə xitam veriləndən sonra bir ara məlumat yayımışdı ki, rayonun bütün idarə və müəssisə rəhbərləri keçmiş hərbi şəhərcikdəki mənzilləri inhisara almışlar. Qəbələ RLS-in tam şəkildə Azərbaycanın balansına verilməsi ilə rus hərbçilər bu ərazini tərk etmiş və mənzillər sahibsiz qalmışdı.
Əslində keçmişdə rus hərbçilərinin yaşadıqları şəhərcik sahibsiz deyildi. Bu ərazi Azərbaycan Respublikasının mülkiyyətidir və insanların ağır sosial durumunda bu şəhərcik mənzil ehtiyacı olan yüzlərlə ailəni sevindirə bilərdi.
Amma görünən odur ki, kimlərsə elə indinin özündə də azərbaycanlı hərbi qulluqçulara verilmiş evlərə göz dikib və hərbçi ailələrini yerindəın-yurdundan didərgin salmaq istəyir.
Qəbələ şəhəri, Muxtar Abduyev küçəsi, ev b51, mənzil 15 ünvanda qeydiyyatda olan və yaşayan Tağıyev Mehdi Firdovsi oğlu “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti redaksiyasına 15.02.2026-cı il tarixli ərizə ilə müraciət edərək bildirir ki, onun valideynləri 1993-cü ildə Qəbələ - 2 hərbi şəhərciyinə gəlib, 29.10.1993-cü il tarixdə hərbi hissə tərəfindən iki otaqlı orderli evlə təmin olunmuşlar. 2004-cü ilə qədər həmin evdə yaşamışıq, sonra ailə böyüdüyü üçün atam hərbi hissə komandirinə müraciət edərək, üç otaqlı ev almışdır. 2004-cü ildən hal-hazıra kimi ailə həmin üç otaqlı evdə yaşayır. Mehdinin özü və iki bacısı bu evdə anadan olmuşlar və ailənin bütün üzvləri orada qeydiyyatdadırlar. Uşaqlıqları orada keçmiş, bağçaya da, məktəbə də məhz hərbi şəhərcikdə getmişlər. Həmin evdə xatirələri var. Atası 35 il hərbi qulluqçu kimi xidmət etmiş (hazırda Müdafiə Nazirliyinin təqaüdçüsüdür), anası hərbi şəhərcikdə məktəbdə 19 il müəllimə işləmişdir.
M.Tağıyev yazır ki, indi onlara təzyiq göstərib həmin üç otaqlı evdən çıxarmaq istəyirlər və bir otaqlı başqa evə köçmələrini təklif edirlər. Buna isə razı deyillər: “Biz kiminsə evinə girməmişik, heç kəsin evini qeyri-qanuni zəbt eləməmişik. Bizə verilən evdə yaşayırıq. Bu təzyiq mənə və ailə üzvlərimə qarşı özbaşınalıqdır. Odur ki, qeyd etdiyi faktların mediada ictimailəşdirilməsini, aidiyyəti orqanlara çatdırılmasını xahiş etmişdir.
M.Tağıyev əlavə olaraq bildirir ki, onlarla birgə yaşayan bacısı oğlu da eyni ünvanda – Muxtar Abduyev küçəsi, ev b51, mənzil 15-də qeydiyyatdadır, hərbi şəhərcikdə böyüyüb, uşaqlığı orada keçib, idmançıdır, gələcəyin əsgəridir
Belə çıxır ki, qəbələli hərbçi elə rəhmətlik general Polad Həşimov kimi ölməyə yarayırlar, rahat mənzildə yaşamağa yox? Öz evini aprel döyüşçüsünün ailəsinə bəxşiş etmiş mərhum general sağ olsaydı, yəqin ki, bu məsələyə biganə qalmazdı.
Redaksiya olaraq ərizə üzrə apardığımız araşdırmanın başlanğıcı olaraq, sözügedən hərbi şəhərcikdə mənzil istismar sahəsi üzrə məsul şəxs olan Eldar müəllimlə telefon əlaqəsi saxlayıb məsələyə münasibətini soruşduq. Həmin şəxs bildirdi ki, Tağıyevlərin mənzildən çıxarılmnası barədə Qəbələ Rayon İcra Hakimiyyətinin sərəncamı və məhkəmənin 2016-cı il tarixli qərarı var. Elə olan halda son 10 ildə hansı səbəbdən icraya yönəldilməyən həmin sənədlərin surətinin indiyədək onların mövcudluğundan xəbəri olmayan ailəyə təqdim olunmasını xahiş etdik. Hələ xəbər yoxdur.
Mövzuya qayıdacağıq.
Baş redaktor:Xuraman Əhliman qızı Quliyeva

OXŞAR XƏBƏRLƏR
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Parlamentin iclası başladı
Parlamentin iclası başladı
Bakı-Qazax yolunda yük avtomobili aşıb.
Bakı-Qazax yolunda yük avtomobili aşıb.
TƏBİB fəaliyyətini dayandıracaq? - NAZİRDƏN AÇIQLAMA
TƏBİB fəaliyyətini dayandıracaq? - NAZİRDƏN AÇIQLAMA
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir - Mehriban Əliyeva
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir - Mehriban Əliyeva
Xocalı soyqırımından 34 il ötür
Xocalı soyqırımından 34 il ötür
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib