Azərbaycan İdeyası

14 nömrəli məktəb bədbəxt hadisəyə “hamilədir”

Tarix:19-05-2026, 15:30
Baxış Sayı:12

Şirvan şəhər şəhid Milli Qəhrəman Rəfael Həbibov adına 14 nömrəli orta məktəb beynəlmiləl məktəb hesab olunur və Şirvan şəhərində azərbaycan və rus dilində təhsil verən iki təhsil ocağından biridir. Röyalə Akif qızı Məhərrəmova direktor vəzifəsinin icrasına başlayandan sonra sözügedən məktəbdə nizam-intizam azaldı və hazırki acınacaqlı vəziyyətə gəlib çatdı.
Məktəbdə xüsusilə də yuxarı siniflərdə dərsə davamiyyət çox aşağıdır. Verilən məlumata görə, məktəbin 10 a sinif şagirdi Məmmədli İbrahim Zakir oğlu, 11-ci sinif şagirdi İbrahimli Miryusif Mətləb oğlu, 10 b sinif şagirdi Babasoy Fatimə dərslərə gəlmədikləri halda jurnalda onların adlarına “qayıb” yazılmır. İ.Məmmədli Bakıda “Sea bay” restoranında ofisiant işləyir, həm də müğənnilik edir. Y.İbrahimli isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən narkotiklə tutulub, sonra sərbəst buraxılıb.
8-ci sinif şagirdi Məmmədli Həzrət isə sinifdə nadinclik edir, səs-küy salır, dərs prosesini pozur. Onun sinif otağının pəncərəsini açıb bayır tərəfindən həyatı üçün təhlükəli bir tərzdə asılı qaldığını nümayiş etdirən video-görüntülər “Tik-tok” şəbəkəsində yayılıb. Özü də onun şəklini çəkən şagird yoldaşına deyir ki, “çək, mən heç polisdən də qorxmuram”. İndiki qaydalara görə, belə uşağa müəllim heç acıqlana da bilməz. Əks təqdirdə, psixoloji təzyiq hesab oluna və müəllim inzibati qaydada cərimələnə bilər. Belə çıxır ki, müəllim cərimələnməkdən ehtiyatlanaraq susmalı, Sübhan isə dərs prosesini pozmaqla, digər şagirdlərin fənni mənimsəmələrinə mane olmaqda davam etməlidir.
Bunlardan başqa, 9-cu sinif şagirdi Süleymanlı Yusif “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq bütün əlamətləri ilə avara həyat tərzi keçirənlərə bənzəyir.
Məktəbdəki vəziyyət bədbəxt hadisəyə “hamilədir”. Durum nizam-intizamı gücləndirəcək yeni rəhbərin təyin olunmasını tələb edir. Uşaqların tərbiyəsi naminə məktəb – valideyn əlaqəsi, işbirliyi yox səviyyəsindədir. Belə bir qərarın verilməsi üçün gündəmi silkələyəcək hansısa bədbəxt hadisənin baş verməsini gözləməyə gərək yoxdur.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir