Azərbaycan İdeyası

Avropaya qaçmaq istəyən azərbaycanlılar tutuldu

Tarix:5-02-2016, 11:13
Baxış Sayı:314

Avropaya qaçmaq istəyən azərbaycanlılar tutuldu





Son illər Türkiyə ilə sərhəddə yerləşən ölkələrdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Avropaya qeyri-qanuni yolla getmək istəyənlərin sayı artıb.
"Korrupsiya və Qanun" saytı türk mətbuatına istinadən xəbər verir ki, Türkiyədən Avropaya miqrantları qeyri-qanuni yolla keçirmək istəyən şəxslər bunun müqabilində adambaşı 10 min dollar pul tələb edir. Avropaya axının əsas marşurut xətti Egey dənizindən Yunan adaları istiqamətindədir.
Ötən gecə Sahil Mühafizə Xidməti Egey dənizində miqrantları daşıyan 14 qayığı ələ keçirib.
İzmir Polis İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Ədirnə, Kırıkale, Çanakkale, Balıkesir, İzmir, Muğal və Antlayada keçirilən sonuncu əməliyyat zamanı miqrantları qeyri-qanuni yolla Avropaya keçirmək istəyən 287 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Cari ilin yanvar ayı ərzində isə jandarma və polis tərəfindən keçirilən əməliyyatda miqarnatları qeyri-qanuni yolla Türkiyədən Avropaya keçirmək istəyən 301 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan 116 nəfəri həbse dilib.
Həbs edilənlər arasında Suriya, İraq, Bolqarıstan, Pakistan, Fələstin və Əlcəzair vətəndaşları da var.
Türkiyədən qeyri-qanuni yolla Avropaya qaçmaq istəyənlər arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir. Onların sayı dəqiq açıqlanmır.
Ümumilikdə isə Sahil Mühafizə Xidməti son beş ildə miqrantları Türkiyədən Avropaya qanunsuz yolla keçirmək istəyən 359 türk, 40 suriyalı, 29 ukraynalı ,10 azərbaycanlı və 2 rusiyalını həbs edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı