Azərbaycan İdeyası

"Baş mühəndis rəisin tapşırığını niyə icra etmir? Səbəb- abonentlərdən dolayı yolla "umacaq" gözləyir!

Tarix:22-07-2016, 15:44
Baxış Sayı:639

Korrupsiya və qanun qazetinə daxil olan şikayət ərizələri ilə bağlı xəbərlər
Dənizkənarı küçəsinin bir qrup sakini Suraxanı Sukanal İdarəsinin baş mühəndisi Mehman Haşımovdan ciddi narazılığını redaksiyamızın əməkdaşına belə bildirib: " İkinci yay mövsümüdür ki, içməli suya olan tələbatın çox olmasına baxmayaraq, himayəmizdə olan ağır şəkər xəstəmizə belə su tapa bilmirik. Belə ki, 5 iyul Ramazan bayramından ərizə ilə Su İdarəsinə müraciət etdik, texniki istehsalat şöbəsinin mühəndisi Elşad müəllim, gənc olmasına baxmayaraq, bayram günündə belə operativ fəal işləyərək, müvafiq eskiz-layihəni hazırlayıb rəisə təqdim etmiş, o da öz növbəsində operativ olaraq ərizəmizə dərkənar tapşırıqla imzasıyla baş mühəndis Haşımov Mehmana icrasını tapşırıq verib. Lakin Mehman bəy sakinlərə öz hesabına 130 metr 25 mm-lik polietilen borunu aldıraraq, həmçinin həmin xəttin yaxınlıqdan keçən 110 mm-lik şəbəkə qovşağına qoşulmasına qiyməti 40 manata olan serviskeçirici detalı aldırdı ki, "bu bizdə olmur, gedin Dərnəgül bazarından alın". Bütün bu deyilənlərə biz sakinlər əməl etsək də və ən əsası abonent olaraq sayğacımızda olsa belə, biz içməli suya yayın bu qızmar vaxtında həsrət qalmışıq! Xatırladaq ki, Mehman bəy özü də Suraxanı Sukanal İdarəsinin baş mühəndisi olmaqla özü də məhz Hövsan qəsəbəsinin sakinidir. Bu 10 gün ərzində Mehman bəy bizə dəfələrlə suyun bərpasını - qoşulmasını müxtəlif bəhanələrlə uzadaraq bildirir ki,"Sizdən bir nəfər ağsaqqal kimdi, gəlsin danışaq, həll eləyim getsin də bu işi!" Bu fikrin arxasında nələrin yatdığı artıq hamıya yaxşı bəlli olar. Məsələ ilə bağlı "Azərsu" ASC sədrinin köməkçisi Hafiz Məmmədova müraciət etsək də, hələ də bu problem nəticəsiz qalır. İlk öncə o bizim ünvan qeydiyyatını aparıb "sizə zəng edib həll edəcəklər!" desə də, yenə də bir kömək olmadı. Sonda o da zəngimizə artıq cavab vermir! İndi iş o qalır ki, biz pozulmuş abonent hüquqlarımızı digər qurumların köməyilə bərpa edək" .
Mövzunu diqqətdə saxlayırıq!
X.Qurbanlı.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur