Azərbaycan İdeyası

DİDƏRGİNLƏRİN YERİNİ DAR EDƏNLƏR

Tarix:22-07-2016, 15:48
Baxış Sayı:547

Korrupsiya və qanun qazetinə daxil olan şikayət ərizələri ilə bağlı xəbərlər
Ağdam rayonunun Baş Qərvənd kəndinin sakinləri olmuş Paşayevlər ailəsi 1993-cü ildən köçkün düşmüş və həmin vaxtdan Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, Ağac Emalı Zavodunun binasında məskunlaşmışlar. 17.11. 2011-ci ildə onlar Bakı şəhəri, Abşeron rayonu Gənclər şəhərciyinə köçürülüblər və hazırda həmin ünvanda yaşayırlar. Lakin aidiyyəti qurumlar onları nənzillə təmin edərkən, yaşayış sahəsinin (91 kv.metr) ailə üzvlərinin say tərkibinə (6 nəfər) uyğunluğunu nəzərə almamışlar.
"Qaçqınkom"un Repatriasiya departamenti mənzilin kvadsratmetrini artıra bilmədiyindən, yaxud istəmədiyindən, ailənin qızı Çiçək Paşayevanı kağız üzərində yaxınlarından ayırmışdır.
Ailənin başçısı Paşayev Əhliman Əhliyyət oğlu redaksiyamıza yazdığı ərizədə mənzil bölgüsündə aidiyyəti qurumların böyük səxavət göstərdikləri köçkünlərin də adlarını çəkmiş, hətta onların bəzilərinin Rusiyada qeydiyyatda olduqları və faktiki orada yaşadıqlarına baxmayaraq, burada əlavə kvadratlara sahib olduqlarnı qeyd etmişdir. Paşayev həmçinin bildirir ki, teni mənzillə təmin olunan bəzi köçkünlərin başqa yerlərdə də evləri olduğundan, verilən mənzillərdə kirayənişin yerləşdiriblər, amma onun və qızının iki ailəsi bir dar mənzilə sığışdırılıb. Aparmaqda olduğumuz son dəqiqləşdirmələrdən sonra, bu müstəvidə baş verən hüquqpozmaların korruptiv xarakterli olub-olmadığı barədə fikirlərimizi oxucularımızla bölüşəcəyik.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı