Azərbaycan İdeyası

Sürücü-yol polisi mübahisəsi - Video

Tarix:25-08-2016, 11:21
Baxış Sayı:312

Sürücü-yol polisi mübahisəsi - Video
Atmosferi çirkləndirən, yollarda təhlükə yaradan avtomobilləri müəyyən etmək üçün reydlər davam edir. Criminal.az saytı Report-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi və Ağstafa Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının birgə keçirdiyi reyddə 50 nasaz minik vasitəsi aşkarlanıb.

Amma keçirilən reyddə əksər sürücülər nəticələrlə razılaşmayaraq polis əməkdaşları ilə mübahisə edib, onlardan biri hətta DYP əməkdaşı ilə əlbəyaxa da olub. Polislə razılaşmayan sürücülər avtomobillərinin normal vəziyyətdə işlədiyini, yoxlama qurğularının düzgün işləmədiyini bildiriblər.

Ağstafa DYPB-nin inspektoru Asif Qasımov son 20 gündə 300-ə yaxın avtomobil saxlandığını, bunlardan 50-də havaya buraxılan dəm qazının normadan artıq olduğunun üzə çıxdığını bildirib.

Bundan başqa, reyd zamanı 1 nəfər avtoxuliqanlığa görə saxlanılıb. Onun barəsində protokol tərtib edilərək işi məhkəməyə göndərilib.

Qeyd edək ki, reydlər ayın sonuna qədər davam edəcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı