Azərbaycan İdeyası

“Orada problem çoxdur, telefon söhbəti deyil” - Deputat

Tarix:30-01-2017, 14:46
Baxış Sayı:247

  “Orada problem çoxdur, telefon söhbəti deyil” - Deputat
Yanvarın 27-də Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsindəki Məşəl, Tonqal, Lalə və digər düşərgələrdə yaşayan məcburi köçkünlərlə “Azərişıq” ASC-nin əməkdaşları və polislər arasında insident baş verib.
Köçkünlər onlara ayrılan kommunal xərclərlə bağlı limitin ləğvinə və sayğaclaşdırmaya etiraz ediblər. Saytın yazdığına görə, sakinlər bildiriblər ki, günlərlə bu ərazidə qaz olmur və bir çox evlər qazlaşdırılmayıb. Həmçinin, onlar bir çox kommunal xidmətlərdən istifadə etmirlər.
korrupsiya və Qanun saytı xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi üzrə deputat Elman Məmmədov etiraz edən əhali ilə görüşəcəyini dedi: “Elə bu gün ora gedib, həmin insanlarla görüşəcəyik. Vəziyyətin nə yerdə olduğunu öyrənib, problemin həllinə çalışacağıq. Cənab prezidentin sərəncamı olub və biz də onunla bağlı camaatın içərisində müəyyən məsələləri aydınlaşdıracağıq. Təbii ki, müəyyən məsələlər var ki, onları əhaliyə aydınlaşdırmağa, izah etməyə ehtiyac var. Ümumi məqsədimiz bu olmalıdır ki, əhalimizin sosial müdafiəsi üçün lazımı tədbirlər görülsün. Yəni bu istiqamətdə problem yaranmasın. Sərəncamla bağlı qeyd etdiyim kimi əsas olan, müəyyən məsələləri aydınlaşdırmaqdır. Bundan əlavə isə hər birimiz çalışmalıyıq ki, ehtiyacı olan camaatımıza kömək olaq. Məqsədimiz də yalnız budur”.
Deputat bildirib ki, müvafiq sərəncamdan əlavə, məlum olduğu kimi Nazirlər Kabinetinin də bu məsələ ilə bağlı qərarı var: “Lakin bununla yanaşı, müəyyən analizlər də aparılmalıdır. Burada elə təbəqə var ki, onların ehtiyacları böyükdür. Əhaliyə məsələni aydınlaşdırmaqla bərabər, ciddi təhlillər də aparılmalıdır. Müvafiq orqanların əsas borcu da bu istiqamətdə işlər aparmaqdır. Təbii ki, biz də millət vəkili olaraq üzərimizə düşən vəzifəni çalışacağıq ki, onlarla bərabər icra edək. Çalışacağıq ki, hər şey inzibati qaydada yox, əhalinin tələblərinə uyğun şəkildə həll olunsun. Şəxsən mən buna istiqamətlənmişəm ki, işlər insanların tələblərinin ödənilməsi yönündə olsun”.
Etirazlar barəsində danışan E. Məmmədov bildirib ki, burada başqa məsələlər də var: “Telefon vasitəsi ilə hər şeyi aydınlaşdırmaq mümkün deyil. Orada problemlər çoxdur. Telefon söhbəti deyil. Dünən elə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində müşavirə çağırılmışdı. Biz hamımız orada iştirak etdik. Yəni araşdırmalar nəticəsində burada, o məsələlərdən də əlavə problemlər ortaya çıxır. Ancaq ümumi bir xətt və məqsəd ondan ibarətdir ki, məsələ inzibatçıların, qərar verənlərin istədiyi kimi yox, camaatımızın, xalqımızın əsas ehtiyacları üzrə öz həllini tapsın. Fərman və sərəncamla bağlı istədiyimiz odur ki, ehtiyacı olan təbəqəyə zərbə dəyməsin. Əksinə, onlara köməklik edə bilək”.

OXŞAR XƏBƏRLƏR
Lənkəranda bəzi kəndləri su basıb - 20-dən çox sakin təxliyə olunub+VİDEO
Lənkəranda bəzi kəndləri su basıb - 20-dən çox sakin təxliyə olunub+VİDEO
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan Azer Aga oglu Agayev terefinden 00994775003111 Ərizə

Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir