Azərbaycan İdeyası

Jurnalist peşə borcundan əvvəl insanlıq vəzifəsini unutmamalıdır+Foto

Tarix:16-11-2023, 17:17
Baxış Sayı:116


Bir çoxları “sənət qurban tələb edir” deyib öz şəxsi həyatlarında yol verdikləri nöqsanları, xasiyyətlərindəki bu bəhanə ilə ört-basdır etməyə çalışırlar. Jurnalist insanlığını heç vaxt peşəkarlığına qurban verməməlidir. Şəhid Milli Qəhrəman Çingiz Mustafayev də qeyrətini, namusunu peşə fəaliyyətinə qurban verməmiş, ön cəbhədən reportajlar hazırlamaqla yanaşı, vəhşicəsinə güllələnmiş qadın və uşaqlara baxanda göz yaşlarını saxlaya bilməmiş, düşmənin aşkar üstünlüyü qarşısında döyüşdən geri çəkilənlərə nifrətini ifadə edən sözlər işlətmişdi.

Əməkdaşımız Azər Rzayev bölgələrdə qəzetimizə abunəçi toplamaq üçün yerlərdə səmərəli təşviqat işi ilə məşğul olur. Həmkarımız təkcə görüb-eşitdiyi ictimai əhəmiyyətli hadisələri qeydə alıb şərh verməklə kifayətlənmir, hüquqpozmalara məruz qalan, məmur özbaşınalıqları, süni maneələr, süründürməşiliklə üzləşən vətəndaşların problemlərini qəzetimiz vasitəsilə ictimailəşdirir. Azər Rzayev eyni zamanda təsadüfən rast gəldiyi hadisələr nəticəsində şahidi olduğu insan faciəsinə çox həssas yanaşır. O anda nə özünü itirir, nə də sakitcə durub şəkil çəkir, canlı bağlantı qurub söhbət açır. O, öz insanlıq borcunu yerinə yetirib ilk növbədə xəsarət alanlara yardım etməyə tələsir. Bir neçə gün əvvəl Masallı – Yardımlı yolunun 40-cı kilometrində öz avtomobili ilə hərəkət edən Azər Rzayev qabaqda gedən “Niva” markalı 99 CH – 141 dövlət nömrə nişanlı ağ rəngli avtomobilin idarəetməni itirirərək aşdığının şahidi olub. İşdən ötrü tələsməsinə baxmayaraq Azər müəllim avtomobilindən enərək “Niva”nın yan pəncərəsini sındırıb və yaralı sürücünü dartıb kabinədən çıxarıb. Daha sonra çağırılmış təcili tibbi yardım ekipajı və polis naryadı hadisə yerinə gəliblər...

Cənubi afrikalı fotojurnalist Kevin Karterin çəkdiyi “Leşyeyən və kiçik qız” fotosu dünyada ən çox səs-küyə səbəb olmuş şəkillərdən biri, bəlkə də birincisidir. O, bu fotoya görə 1994-cü ildə nüfuzlu “Pulitzer” mükafatını qazandı. Lakin “Qəddar paparazzi” damğası vurulan fotoqraf ittihamlara dözə bilmədi və intihar edərək, həyatına son qoydu.

Dörd cəsur fotoqrafdan ibarət “Bang-Bang Klubu”nun üzvü Kevin Karter 1993-cü ildə ölkəni bürüyən aclığı çəkmək üçün Sudana gedir. Ayod kəndində foto çəkməkdən əldən düşmüş halda açıq kolluqlara doğru yönəlir, inilti səsi eşidir və bir dəri-bir sümük qalan, yeni yeriməyə başlayan uşağın yerə yıxılıb, qaldığını görür. Balaca qızın fotolarını çəkərkən kök bir leşyeyən uşağın yaxınlığına enir. Xəstəlik səbəbindən qurbanlara toxunmamaları ilə bağlı xəbərdarlıq aldıqları üçün Karter kömək etmək əvəzinə, hiyləgərcə uşağı izləyən quşun uçub getməsi ümidi ilə 20 dəqiqə gözləyir. Amma leşyeyən getmir və Karter onu qorxudub, qaçırır, uşağın mərkəzə doğru gedişini izləyir. Daha sonra isə siqaret yandırır, tanrı ilə “danışır” və ağlayır.

“New York Times” fotonu yayımladıqdan sonra oxucular uşağın sonrakı aqibətini öyrənmək istədilər və Kevin Karteri balaca qıza kömək etmədiyi üçün tənqid etdilər. Bu məsələ qısa müddətdə fotoqrafların yardıma ehtiyacı olan şəxsləri çəkən zaman müdaxilə edib-etməmələri ilə bağlı müzakirələrə səbəb oldu. Kevin Karter “Pulitzer” mükafatını aldıqdan 3 ay sonra 1994-cü il iyulun 27-də intihar etdi. O avtomobilində dəm qazı ilə boğularaq 33 yaşında həyatdan köçdü.

İllər sonra aparılan araşdırma leşyeyənin qurbanı olduğu ehtimal edilən uşağın sağ qaldığını üzə çıxardı. Hər kəsin uzun illər qız zənn etdiyi uşağın əslində oğlan olduğu və Nyonq Konq adı daşıdığı məlum olub. Yaxınları Nyon Konqun 2008-ci ildə xəstəlikdən keçindiyini açıqlayıblar.

“Korrupsiya və Qanun”



[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
TƏBRİK EDİRİK!+FOTO!
TƏBRİK EDİRİK!+FOTO!
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
TƏBRİK EDİRİK!+FOTO
TƏBRİK EDİRİK!+FOTO
Təbrik edirik!+ FOTO!
Təbrik edirik!+ FOTO!
"Aman ayrılıq"
"Aman ayrılıq"
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
Balaca fidanların Məxmər müəllimi
Balaca fidanların Məxmər müəllimi