Azərbaycan İdeyası

Baş redaktor: “Evimin əlimdən alınması cəhdləri məmur özbaşınalıqlarına və hüquqpozmalara qarşı apardığım mübarizəyə görə məruz qaldığım təqiblərin davamıdır”

Tarix:25-04-2022, 17:53
Baxış Sayı:237

Möhtərəm Prezident, cənab İlham Heydər oğlu Əliyev!
Məlum edirəm ki, 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşəm. Sonra öz halal zəhmətimlə almış olduğum, Bakı şəhəri, Əli bəy Hüseynzadə küçəsi – 28 ünvanında yerləşən ikiotaqlı mənzildə ailə üzvlərimlə birlikdə 14.02.2022-ci il tarixədək yaşadıq. Lakin necə ki, o vaxt Füzuli rayonunun Gecəgözlü kəndindəki mülküm erməni təcavüzü nəticəsində əlimdən çıxmışdı, Bakıdakı evim də qanunları hörümçək toru kimi dəlib keçən cinayətkar dəstənin zavalına gəldi. İşğal altında olan torpaqlarımızı geri qaytardığınız kimi, mənimsənilən mənzilimin də özümə qaytarılmasında güvəndiyim yeganə ümid – pənah ünvanım Sizsiniz.
2008-ci ilin mart ayının 6-da qardaşım Abbasov Altay Əhliman oğlu bildirdi ki, Dənyalov Elsaldar adlı şəxslə bağladığı şifahi müqavilə əsasında ondan 15000 manat məbləğində maliyyə vəsaiti alır: “Həmin vəsaiti almaq üçün sənin evini girov qoymaq lazımdır, razı ol, narahat olma, 3-4 aya sənin evini girovluqdan çıxaracam”. Mən qardaşım Altayın dediklərinə inanıb evimi Dənyalov Elsaldara girov qoymağa razı oldum və qardaşım tərəfindən onunla bağladığı müqavilə ilə əlaqədar mənə təqdim etdiyi sənədləri imzaladım. 3-4 ay keçdikdən sonra qardaşım Altaydan evimi girovluqdan çıxarmasını soruşduqda, o hər dəfə bildirdi ki, narahat olma, evini girovluqdan mütləq çıxaracam.
Heç vaxt tanımadığım, üzünü belə görmədiyim Dənyalov Elsaldar yaranmış fürsətdən yararlanaraq, faktiki olaraq mənimlə qardaşım Altay tərəfindən bağlanan 40 min manatlıq borc müqaviləsini əsas kimi məhkəməyə təqdim edərək, həmin müqaviləni mübahisələndirəcəyi halda ifşa olunacağını başa düşüb, 27.02.2009-cu ildə evimin hərraca çıxarılıb satılması və əldə edilən məbləğdən 40000 manat maliyyə vəsaitinin, həqiqətdə isə 15000 manat vəsaitin müqabilində evimi mənimsəmək kimi cinayəttkar niyyətini həyata keçirmək məqsədilə Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. İddiaçı Dənyalov Elsaldarın bu niyyətini başa düşən və ona şərik çıxan hakim Südabə Məmmədova mülki prosessual qanunvericiliyin tələblərini qəsdən pozaraq məni məlumatlandırmadan 03.04.2009-cu il tarixdə iddiaçının iddia tələbinin – evimin hərraca çıxarılıb satılması barədə öz aralarında kənar şəxslərin iştirakı olmadan ədalətsiz qətnamə çıxardı!
İstər saxtakar hakim Südabə Məmmədova, istərsə də dələduz iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlu mənə və ailə üzvlərimə qarşı törətdikləri əməllərinin xüsusi ağır cinayət tərkibli əməl olduğunu başa düşərək həmin qətnamənin icrasını 5 il 6 ay icra məmurlarından tələb etməyib susublar! Həmin müddətdən sonra - 22.09.2014-cü ildə məni məlumatlandırmadan, məndən xəbərsiz Yasamal Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı ilə Dənyalov Elsaldar Şahmərdan oğlu evimi hərraca çıxarıb öz aralarında oğrular kimi sövdələşərək, evimi 28000 AZN maliyyə vəsaitinə sonuncuya satıblar (QORXUBLAR Kİ, HƏRRAC ŞƏFFAF KEÇİRİLƏRSƏ, BƏLKƏ EVİMİ QAT-QAT BAHA, HƏTTA MƏNİM ÖZÜMÜ QANE EDƏ BİLƏCƏK QİYMƏTƏ SATIN ALMAQ İSTƏYƏN TAPILAR VƏ NİYYƏTLƏRİ BAŞ TUTMAZ)!
Hərracın yekun protokolunu əldə edən dələduz Dənyalov Elsaldar həmin gün gəlir 9 saylı Bakı şəhər Notariat Kontoruna və orada da oğru kimi mənim xəbərim olmadan notariat kontorunun notariusu ilə əlbir olub mülkiyyətimdə olan Əli bəy Hüseynzadə - 28 ünvanında yerləşən mənzilimə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə alır! Bu dəfə də Dənyalov Elsaldar Şahmərdan oğlu mənə qarşı cinayət əməli törətdiyini başa düşüb 4 il 3 ay susdu.
Növbəti dəfə 03.12.2018-ci ildə Yasamal Rayon Məhkəməsində iş üzrə keçirilən məhkəmə iclasında ilk dəfə iştirak edərkən mənə məlum oldu ki, Dənyalov Elsaldar Şahmərdan oğlunun mənim və övladlarımın yaşadığımız evimə yaşamaq hüquqlarımıza xitam verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Həmin tarixdə Dənyalov Elsaldarın iddia ərizəsini, guya araşdıran hakim faktiki olaraq işin yuxarıda qeyd etdiyim hallarını – iddiaçının və hakim Südabə Məmmədovanın bir-biri ilə cinayət əlaqəsinə girərək, mənim və qardaşım Abbasov Altayın məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi və digər bu kimi faktları araşdırmadan 03.04.2009-cu il tarixdə saxta qətnamə qəbul etməsinə hüquqi qiymət verib münasibət bildirmədən, başqa sözlə desək, hakim Südabə Məmmədovanın və iddiaçı Elsaldar Dənyalovun mənə və ailə üzvlərimə qarşı qabaqcadan planlaşdırılmış cinayət əməlləri törətdiklərini başa düşüb, həmin cinayətin üstünün açılmasına imkan verməmək məqsədilə saxtakar hakim Xuraman Məhərrəmova da iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun iddia tələbini təmin etmək barədə ədalətsiz qətnamə qəbul etməklə həmkarı Südabə Məmmədovanın və dələduz iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun törətdikləri xüsusi ağır cinayət əməllərinin iştirakçısına çevrildi. Hakim Xuraman Məhərrəmovanın qətnaməsindən verdiyim apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərimi icraata qəbul edən Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin Mülki Kollegiyasının adlarını – “Azərbaycanda məhkəmə rəzaləti – Ali Məhkəmənin hakimləri evsiz qoymaq istədikləri ana və övladlarının qohumluq münasibətlərini “dəyişməkdən” də çəkinməmişlər” başlığı altında “Korrupsiya və Qanun” qəzetinin 24.12. 2021-ci il tarixli buraxılışında, sonuncu dəfə isə “Hüququ pozulmuş vətəndaşların son ümidləri niyə Ali Məhkəmədə dəfn olunur” başlığı altında 2022-ci ilin fevral-mart ayında həmin qəzetin 8-9-cu səhifələrində dərc olunan məqalələrdə qeyd etdiyim saxtakar hakimlər də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yuxarıda qeyd etdiyim xüsusi ağır cinayət əməllərini gizlətmək məqsədilə şikayətlərimdə qeyd etdiyim işin faktiki hallarını araşdırmadan 26.02. 2009-cu, 23.07.2021-ci və 30.12. 2021-ci il tarixlərində ədalətsiz saxta qətnamə qəbul etməklə Yasamal Rayon Məhkəməsinin hakimləri Südabə Məmmədovanın və Xuraman Məhərrəmovanın, eləcə də onlarla cinasyət əlaqəsinə girən dələduz cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun mənə və ailə üzvlərimə qarşı törətdikləri xüsusi ağır cinayət əməllərini ört-basdır etmişlər!
Azərbaycan ictimaiyyətinə məlumdur ki, polkovnik Hacı Məmmədovun adı ilə hallanan Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında illərlə fəaliyyət göstərən cinayətkar dəstənin zor tətbiq etməklə vətəndaşlara qarşı quldurluq, soyğunçuluq, qətl hadisələri kimi törətdikləri xüsusi ağır cinayət əməllərindən istər Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi məlumatlı olsalar da, lakin həmin cinayət əməllərini törədən polis əməkdaşları barəsində Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada və müddətdə tədbir görməmiş, onların cinayət əməllərinin qarşısını almamışlar. Əgər, qanunun aliliyi, cəzanın labüdlüyü və heç kəsin qanundan üstün olmaması prinsiplərinə hörmətlə yanaşılıb əməl edilmiş olsaydı, həmin quldur cinayətkar dəstənin əməllərindən əzab çəkən, həlak olan günahsız insanların sayı da dəfələrlə az olardı və qətl hadisələri də baş verməzdi!
14.02.2022-ci il tarixdə, təxminən saat 12:30 – 14:00 radələrində telefonuma zəng gəldi. Kiçik oğlum Vəlinin həyəcanla; “Mama, evə tez gəl, yeddi-səkkiz icra məmuru, doqquz-on nəfər polis əməkdaşları özləri ilə Dənyalov Elsaldarı gətirib, evi boşaltmağı tələb edirlər!” – səsini eşitdim. Onun dediklərini əvvəlcə ciddi qəbul etmədim və öz-özümə düşündüm ki, axı necə ola bilər, cinayətkar Dənyalov Elsaldarın mənə və övladlarıma qarşı hakimlərlə cinayət əlaqəsinə girərək törətdiyi xüsusi ağır cinayət əməlləri barədə “Korrupsiya və Qanun” qəzetinin səhifələrində dəfələrlə ətraflı, mötəbər sübutlara əsaslanan materiallarla Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovu, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevi, digər rəsmi şəxsləri - Baş prokuror cənab Kamran Əliyevi, Daxili işlər naziri cənab Vilayət Eyvazovu, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevi məlumatlandırmış olduğum halda (hətta bəzən bir müraciətimin qeydə alındığının təsdiqi barədə iki gün fərqi ilə iki bildiriş göndərsələr də), Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları hansı əsasla və necə cəsarət edib cinayətkar, xəyanətkar hakimlərin qəbul etdikləri məhkəmə aktlarını – onların törətdikləri xüsusi ağır cinayət əməllərinin icrasını məndən tələb edə bilərlər?! Təcili maşına əyləşib, evimizə gəldim. Qapının arxasında doğrudan da 10-15 nəfər icra məmurunun, polis zabitlərinin Dənyalov Elsaldar və onun həyat yoldaşı ilə həmsöhbət olduqlarını gördüm. Bir anlığa xüsusi ağır cinayət, qətl hadisələri törətmiş polkovnik hacı Məmmədovun sonuncu məhkəmə prosesuində dediyi: “Mən prokuror Rövşən Əliyevi, Fətulla Hüseynovu pula görə qətlə yetirməmişəm. Həmin qətl hadisələrini vəzifə asılılığında olduğum şəxsin göstərişi ilə icra etmişəm!” sözləri yadıma düşdü. Başa düşdüm ki, həmsöhbət olduğum icra məmuru Səfixan Abbasov, Aslan Aslanbəyli də yuxarıdan onlara verilən istənilən cinayət xarakterli göstərişləri vəzifə, rütbə xatirinə eynən Hacı Məmmədov kimi məmnuniyyətlə icar etməyə hazırdırlar!!! 24 mart 2022-ci il tarixdə Apellyasiya Məhkəməsinin bildirişini icra məmuru Şəfixan Abbasova göstərdim və tələb etdim ki, qapını sındırmasınlar və məhkəmənin qərarını gözləsinlər. O, heç bildirişə baxmadı və soyuqqanlı tərzdə cavab verdi ki, “onsuz da bu məhkəməni də uduzacaqsan”. Necə ki, demişdi, elə də oldu. Artıq mənə hər şey məlum oldu ki, bunlar əvvəlcədən əlbir olub mənim mənzilimi mənimsəyən cinayətkar dəstənin sifarişini icra edirlər.
Yuxarıda qeyd etdiyim kimi, “Korrupsiya və Qanun” qəzetində dərc olunan əlavə kassasiya şikayətimlə əlaqədar 30.12.2021-ci il tarixli, 13 (102) – 241/2021 saylı Ali Məhkəmənin beş hakiminin – Abbasov Aqil Əzizağa oğlunun, Nəbizadə Rahib Sahib oğlunun və Hüseynov Abdin Qabil oğlunun, Nurməmmədov Əhməd Gülməmməd oğlunun, Məmmədli Bəhram Məmməd oğlunun və Hüseynov Abdin Qabil oğlunun 09.12.2021-ci ildən 30.12.2021-ci iləədk 21 gün xeyli baş sındırıb, əziyyət çəkib, ünvanıma aşkar saxta və ədalətsiz qəbul etdikləri qərardad göndərmələri faktı da birmənalı olaraq 12 hakimin bir-birləri ilə əlbir olaraq mənə və övladlarıma qarşı mülkiyyətimdə olan mənzilimi icra məmurlarının əlləri ilə zor tətbiq etməklə həmin hakimlərin cinayət tərkibli ədalətsiz qətnamə və qərarları əsasında dələduz Dənyalov Elsaldara təhvil vermələri faktı Ali Məhkəmənin sədri Ramiz Rzayev və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov cənablarının məlumatları və şəxsi maraqları çərçivəsində mümkün ola bilərdi!
Hörmətli Prezident cənab İlham Əliyev!
Əlavə olaraq bildirirəm ki, mənim mülkiyyətimdə olan mənzilimin ədalətsiz hakimlər vasitəsilə Elsaldar Dənyalov tərəfindən mənimsənilməsi faktı özümün baş redaktor olaraq vətəndaşların hüquqlarının məmurlar və hakimlər tərəfindən pozulması hallarının qarşısını almaq və haqq səslərinin Sizə çatdırılması məqsədilə ictimailəşdirib tədbir görülməsini xahiş etməyimlıə əlaqədardır. Bu səbəbdən də son 7-8 ildir ki, keçmiş baş prokuror Zakir Qaralovun, onun I müavini Rüstəm Usubovun nəzarətlərində olan prokuror və müstəntiqlərin vasitəsilə barəmdə əsassız cinayət işi qaldırılaraq təqib edilmişəm. Bu gün mənim mənzilimin hakimlər və icra məmurları tərəfindən ələ keçirilərək mənimsənilməsi cəhdi də hesab edirəm ki, həmin təqiblərin davamıdır.
Yuxarıda qeyd etdiyim faktları nəzərə alıb adlarını qeyd etdiyim hakimlərin cinayət məsuliyyətinə cəlb edilərək ifşa olunmaları və mülkiyyətimdə olmuş Bakı şəhəri, Əli bəy Hüseynzadə - 28 ünvanda yerləşən mənzilimə mülkiyyət hüququmun bərpa edilməsi üçün məsələyə müdaxilə etməyinizi xahiş edirəm.
Qoşma: “Korrupsiya və qanun” qəzeti, N: 01 (85-86) fevral-mart 2022-ci il tarixli nəşri – 1(bir) nüsxə; Quliyeva Xuraman Əhliman qızının və övladlarının mülkiyyət hüquqlarının bərpa edilməsi məqsədilə apardıqları haqlı mübarizəyə dəstək verən vətəndaşların müraciətləri – 2(iki) vərəq.

İmza: X.Ə.Quliyeva
07.04.2022
Hakimlərin, məmurların illərlə axıtdırdıqları qanlı göz yasları!!!
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1111/2022 saylı, 02.02.2022-ci tarixli inzibati işi icraata qəbul edən hakim Cahangir Yusifovun sədrlik etdiyi bütün məhkəmə tərkibinə iş üzrə iddiaçı Quliyeva Xuraman Əhliman qızı tərəfindən
ETİRAZ
Mən, iş üzrə iddiaçı Quliyeva Xuraman yuxarıda qeyd etdiyim inzibati işi icraata qəbul edən hakim cənab Cahangir Yusifovun sədrlik etdiyi bütün məhkəmə tərkibinə etirazımı aşağıdakı faktlarla əsaslandırıram: -
1. ’Təzadlar” qəzetinin 27.07.2021-ci il tarixli buraxılışında ”Ramiz Rzayevə sual: - niyə Ali Məhkəmədə iki vur iki beş edir?” başlıqlı məqalədə ”Biləcəri Təmir Quraşdırma” QTSC ilə ”Cənnət Park” MTK adlı şirkət arasında iki milyonluq əmlakla bağlı beş il davam edən mübahisədə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-birini təkzib edən 30.06.2017-ci il tarixli və Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə uyğun olmadığı səbəbindən ləğv edilən 30.01.2019-cu il tarixli qərarlar qəbul edilmişdir. Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən Ali Məhkəmənin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış və həmin mülki işin araşdırılması hakim Cahangir Yusifovun sədrlik etdiyi məhkəmə tərkibinə tapşırılmışdır. Onun sədrliyi altında Bakı Apellyasiya Məhkəməsinin digər hakimdən ibarət məhkəmə tərkibi Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı faktiki olaraq ləğv edərək, 25.02.2021- ci il tarixində yüksək vəzifəli məmurun sifarışi ilə qanunsuz qərar qəbul etmişlər!!!
2. Hazırkı, inzibati iş üzrə mübahisə predmeti olan və mülkiyyətimdə olan Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 28 ünvanda yerləşən mənzilimlə bağlı ”Körrupsiya və Qanun” qəzetində dərc olunan əlavə kassasiya şikayətim əsasında 30.12.2021-ci il tarixdə, 13 (102) - 241/2021 saylı Ali Məhkəmənin beş hakimindən - Abbasov Aqil Əzizağa oğlundan, Nəbizadə Rahib Sahib oğlundan, Nurməmmədov Əhməd Gülməmməd oğlundan, Məmmədov Bəhram Məmməd oğlundan və Hüseynov Abdin İlyas oğlundan ibarət məhkəmə tərkibi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sifarişlə saxta və iki həqiqəti əks etdirməyən yalan əsasla - tərəfimdən dövlət rüsumunun ödənilməməsini, halbuki qaçqın və köçkün statusumun olduğu səbəbindən tərəfimdən heç vaxt məhkəməyə ünvanladığım iddia ərizəmə apellyasiya, kassasiya şikayətlərimə dovlət rüsumu ödəməsəm də, onlar məhkəmə icraatına qəbul edilmişdir.
İkinci saxta fakt ondan ibarətdir ki, guya, tərəfimdən Mülki Prosessual Məcəlləsinin 423.1-ci maddəsində nəzərdə tutulmuş əlavə kassasiya şikayəti yazmaq üçün nəzərdə lutulmuş iki ay müddətinə əməl etməmişəm, halbuki, həmin Ali Məhkəmənin saxtakar hakimləri kassasiya şikayətim üzrə Ali Məhkəmənin Mülki Kollegiyası 23.07.2021-ci il tarixdə qəbul etdiyi qərarı ünvanıma rəsmi olaraq 01.10.2021 -ci il tarixdə göndərmiş və həmin qərarın 13.10.2021-ci il tarixdən mənə təqdim edilməsi faktı barədə məlumatlı olmuşlar! Bu səbəbdən də, həmin qərardan əlavə kassasiya şikayəti vermək üçün onların tətbiq etdikləri 423.1-ci maddənin tələblərinə uyğun olaraq nəzərdə tutulan iki ay müddəti tərəfimdən buraxılmamışdır, həmin saxtakar, riyakar hakimlər bu faktı da qəsdən saxtalaşdırmış və onun Plenum baxışına çıxanlmasının qarşısını almışlar!.
3. Bundan sonra, hazırkı inzibati iş üzrə cavabdeh tərəf olan Yasamal Rayon İcra və Probasiya Şöbəsinin bir qrup 5-6 nəfərdən ibarət əməkdaşları, təqribən, o qədər də polis zabitlərinin iştirakı ilə, yuxarıdan verilən sifariş əsasında, baxmayaraq ki, icra məmurlarından birinə - cənab Aslan Aslanbəyliyə bildirdikdə ki, “mübahisə predmeti olan evimlə bağlı cavabdeh tərəf olduğunuz inzibati iş üzrə 24.02.2022-ci il tarixdə Bakı Apellyasiya məhkəməsində məhkəmə iclası keçiriləcək, imkan verin həmin iş üzrə Apellyasiya Məhkəməsi yekun qərar qəbul etsin, sonra evimi cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğluna zor tətbiq etməklə təhvil verərsiniz, məhkəmənin qərarını icra edərsiniz” Buna cavab olaraq digər icra məmuru bildirdi ki, “əhəmiyyəti yoxdur, bu dəfə də Bakı Apellyasiya Məhkəməsi sizin Apellyasiya şikayətinizi rədd etmək barədə qərar qəbul edəcək!” Sonra, onlar özləri ilə gətirdikləri dəmirçinin gücü ilə evimin qapısını sındırıb mənim iştirakım olmadan, dələduz tələbkar Dənyalov Elsaldarın sərəncamına verdilər!
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya üzvlərinin hakim cənab Cahangir Yusifovun sədrliyi ilə araşdırıb iş üzrə qəbul ediləcək qərarı gözləmədən, həmin iş üzrə cavabdeh tərəfin - İcra və Probasiya Şöbəsinin icra məmurlarının zor tətbiq etməklə evimi işğal etmələri, mənimsəmələri faktı hazırkı inzibati işin Azərbaycan Respublikası Konstitusiyasının, Mülki və İnzibati Prosessual Məcəllənin müvafiq maddələrinin tələblərinə uyğun olaraq həllinin qarşısını almaları, mənə qarşı törətdikləri cinayətkar qəsdin istər Ali Məhkəmənin sədri Ramiz Rzayev, istərsə də Ədliyyə naziri Fikrət Məmmədov cənablarının məlumatları olmadan baş verməsi inandırıcı deyil!
Yuxarıda qeyd etdiyim faktları, əsasları eləcə də Mülki Prosessual Məcəlləsinin 19; 23 və İPMN-nın 19.1.5-ci maddələrinin tələblərini əldə rəhbər tutub, Bakı Apellyasiya Məhkəməsinin inzibati iş üzrə hakim cənab Cahangir Yusifovun sədrliyi ilə bütün məhkəmə tərkibinə etiraz edirəm!
Etiraza əlavə edirəm: 1. Ali Məhkəmənin yuxarıda adlarını qeyd etdiyim beş hakiminin əlavə kassasiya şikayətimlə əlaqədar 30.12.2021-ci il tarixdə qəbul etdikləri ədalətsiz qərardadın surəti!
İş üzrə iddiaçı: Quliyeva Xuraman Əhliman qızı
23.02.2022
VACİB NÜANS!
Xuraman Quliyeva bildirir ki, etirazını kollegiya üzvlərinə təqdim edib məhkəmə zalını tərk etdikdən sonra Apellyasiya Məhkəməsinin hakimləri – Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 24.02.2022-ci il tarixdə ədalətsiz qərardad qəbul etmişlər. Belə ki, Xuraman Quliyeva iclasda iştirak etmədiyi halda qərardadın mətnində onun iclasda olduğu və öz apellyasiya şikayətini müdafiə etdiyi göstərilir. Etiraznamə qəbul edilmiş kimi qeydiyyata alınsa da, onda ehtiva olunan nüansları hakimlər nəzərə almamışlar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Hollie 26 aprel 2022 02:57
  Жалоба     
Hey There. I found your weblog the use of msn. That is a very well written article.
I'll make sure to bookmark it and come back to learn more of
your useful info. Thank you for the post. I will certainly return.

Here is my page: watch movies online free free movie websites free movies online
Colette 14 yanvar 2023 04:29
  Жалоба     
I was curious if you ever thought of changing the
layout of your blog? Its very well written; I love what youve got to
say. But maybe you could a little more in the way of content so people could connect with it better.
Youve got an awful lot of text for only having one or
two pictures. Maybe you could space it out better?


my page ... Lawyer Turker istanbul
Ilse 14 yanvar 2023 05:31
  Жалоба     
I got this web page from my friend who told me about this site and now this time I am browsing this web
site and reading very informative articles at this time.


My web site: Law Firm istanbul
Lorraine 14 yanvar 2023 06:54
  Жалоба     
At this moment I am going to do my breakfast, once having my breakfast coming over again to read other news.


my website - Turkish Law Firm
Gloria 14 yanvar 2023 08:25
  Жалоба     
I visit daily some websites and blogs to read articles or reviews, but this blog provides feature based posts.


Also visit my web-site - Turkish Law Firm
Dominick 19 mart 2023 00:20
  Жалоба     
payday loans ei loans could be more expensive for borrowers who may have no additional
options for covering educational expenses or another long-term needs.

Some states have implemented caps about the amount of interest that payday lenders can charge,
in order to protect consumers from excessive fees and interest rates.
Buster 24 mart 2023 20:05
  Жалоба     
payday loans vancouver loans
might be more expensive for borrowers who may have no
other source of income, as lenders may view them
being a higher risk for default. Some lenders may offer payday advances with lower interest levels or more favorable repayment terms than these.
Ian 27 mart 2023 06:51
  Жалоба     
Payday loans might be more expensive for borrowers that have no refusal payday loans canada other available choices for covering volunteer expenses and other charitable contributions.
Borrowers who're considering a payday advance should carefully review their budget and make sure that they can afford to repay the credit on time.
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO