Azərbaycan İdeyası

İNSULTLU XƏSTƏYƏ ƏLİLLİK STATUSU NİYƏ VERİLMİR?

Tarix:28-11-2017, 16:36
Baxış Sayı:638



Yevlax şəhəri Fazil İsayev küçəsi, ev 102 ünvanda yaşayan 1957-ci il təvəllüdlü Məmmədova Həqiqət Cavad qızı redaksiyamıza ərizə ilə müracət edərək haqq etdiyi əlillik statusunu ala bilməməsindən, bürokratik əngəllərlə qarşılaşmasından şikayətlənmişdir. Bildirmişdir ki, bu ilin may ayının 2-də insult keçirtmiş, tamamilə əmək qabiliyyətini itirmişdir. Yeriyə bilmir, sol qolu işləmir, tamamilə əlil arabasına məhkum olunmuşdur. Yazır ki, iki dəfə dövlət xəstəxanasında yatıb müalicə almışdır. Lakin indi həkimlər ona bərpa prosesindən keçməyi məsləhət görmüşlər. Dəfələrlə Respublika Əlillərin Bərpa Mərkəzinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyinə müracətlər etsə də, məmurların məsuliyyətsizliyi, etinasızlığı səbəbindn əlillik statusu ala bilməmişdir. Ona deyiblər ki, əlilliyi yoxdur, o üzdən Respublika Əlillərin Bərpa Mərkəzinə yerləşdirilə bilməz. İki dəfə şöbə müdiri Günay Rəfiyevanın qəbulunda olmuşdur. Yazır ki, cənab Səlim Müslümovun rəhbərlik etdiyi Nazirliyin əməkdaşlarının səbatsızlığı, biganəliyi onu az qala intihar həddinə çatdırıb.
Həqiqət Məmmədova Respublika Bərpa Mərkəzinə yerləşdirilməsinin təmin olunmasını, ona əlillik statusu təyin olunmasına nail olmaq üçün probleminin ictimailəşdirilməsini redaksiyamızdan xahiş etmişdir.


S.Səttarqızı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ərazi və əhali
Ərazi və əhali
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Rabitə
Rabitə
Nəqliyyat
Nəqliyyat
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb