Azərbaycan İdeyası

Qubada həyətdə saxlanılan qonur ayı təbiətə buraxılacaq"

Tarix:27-02-2019, 15:53
Baxış Sayı:182

 Qubada həyətdə saxlanılan qonur ayı təbiətə buraxılacaq"

Quba rayonunda fərdi təsərrüfatlardan birində adı Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər görülür.
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, qonur ayı götürülərək baytar həkim tərəfindən müayinə olunacaq, sağlam olduğu təqdirdə vəhşi təbiətə buraxılacaq. Əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə o zaman ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Qanun pozucusu barəsində protokol tərtib edilərək o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunacaq.
Belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur.
Belə hallarla rastlaşan hər bir vətəndaşdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"inə müraciət etmələri xahiş olunur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye