Azərbaycan İdeyası

MƏRHUM DOSTUNUN ARVADININ ETİBARINDAN SUİ-İSTİFADƏ EDİB

Tarix:4-02-2020, 11:23
Baxış Sayı:518

Etibardan sui-istifadə yolu ilə dələduzluq edib insanları aldadanlar həmişə və hər ölkədə olub. İqtisadi böhran yaşanan vaxtlarda isə cinayətkarlığın bu növünə daha çox rast gəlinir. Müşahidələr göstərir ki, aldadılmaya məruz qalanlar əsasən hüquqi savadı az olan şəxslərdir.
Bakı şəhəri, Yasamal rayonu, V.Muxtarov küçəsi, ev - 115, mənzil - 4 ünvanda qeydiyyatda olan və yaşayan Əhmədova Cəvahir Cahangir qızı "Korrupsiya və Qanun" qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşının tanışı Kərimov Vasif Vaqif oğlu tərəfindən aldadılaraq maddi ziyana düşdüyünü bildirmişdir:
"Kərimov Vasif Vaqif oğlu həyat yoldaşımın ölümündən 2-3 ay keçdikdən sonra bizə gələrək mənə bildirdi ki, "mən sənin qardaşınam, mənim bacımsan, sənin bütün problemlərini həll edəcəm". Mən ona dedim ki, doğrudan da iş bacarırsansa, mənim maşın məsələmi həll et. O, mənə bildirdi ki, bu işin görülməsi üçün mənimlə müqavilə bağlamalısan. Mən onun şirin dilinə inanaraq, yaxınlıqdakı notariat kontoruna gedib müqavilə bağladım və ona etibarnamə verdim. Müqavilədən sonra o, məndən dil tökərək, 1500 (bir min beş yüz) manat pul tələb etdi, mən etirazımı bildirdim. Səhəri gün Elməddin adlı şəxslə mənim evimə gələrək, məni onunla tanış etdi və daxili işlər orqanlarında işlədiyini bildirdi, "dostumdur" dedi. yenə də dil tökərək məni inandırdı və məndən 500 (beş yüz) manat alıb Elməddin dediyi şəxsə verdi, "narahat olma, bütün işlərini Elməddin həll edəcək" - dedi. Həmin vaxtdan sonra daha iki-üç gün mənim evimə gəlib-getdi. Hər dəfə də bir başqa bəhanələrlə məni inandırdı. Bu söhbətdən bir həftə keçmişdi, mənə təklif etdi ki, əmək kitabçamı ona verim, mənə staj düzəldəcək. Ona da 550 (beş üz əlli) manat pul aldı. Bir də əlavə olaraq bildirdi ki, "sənin oğlunun atasının əmək haqqını oğlunun əlillik pensiasına əlavə etdirəcəm". Onun üçün də məndən 500 (beş yüz) manat pul aldı. Mən getdim mağazadan 500 (beş yüz) manat pul borc götürdüm. Pulu ona verəndə dedim ki, o pulun üstündən mənə 5 manat çörək pulu versin. Cavab olaraq bildirdi ki, o pulun üstündən götürə bilməz. Bu söhbətdən bir neçə gün keçəndən sonra bir də mənim evimə gələrək bildirdi ki, maşını sığorta elətdirmək lazımdır, sığortaçı özü gəlib maşını düzəltdirəcək. 125 (bir yüz iyirmi beş) manat sığortaya pul lazımdır. Mənə məxsus olan maşını dələduzluq yolu ilə mənimsəyən bir başqa Asif adlı şəxsdən bu gün maşını qaytarıb mənə təhvil verəcəyini, mənə vurulmuş maddi və mənəvi ziyanın qarşılığında 5000 (beş min) manat təzminat ödənilməsini tələb edəcəyini söz verdi. Yəni, 125 manatı alandan bir neçə gün sonra məni yenə inandırdı. Evdə olan 300 (üç yüz) manatı verdim, səhəri günü də 400 (dörd yüz) manat verdim. Cəmi 700 (Yeddi yüz) manat. Bu proseslər beş-altı ay ardıcıl davam etdi. Son aylarda ardıcıl olaraq zəng edirdi ki, müqavilənin vaxtı bitib, enidən müqavilə bağlayaq. Mən artıq başa düşdüm ki, bu şəxs dələduzdur, məni aldadır. Düşündüm ki, əvvəlki müqavilənin surətini mənə verməyib, adından başqa onun haqqında heç bir məlumat bilmirəm. Ona görə də mən dedim ki, şəxsiət vəsiqəni ver, mən özüm istədiyim notariusda müqavilə bağlayacam. Mən ondan şəxsiət vəsiqəsini alıb surətini çıxardım, özünə qaytardım. Məndən daha 166 (bir üz altmış altı) manat puil istəmişdi, onu verməkdən imtina etdim. Mən ondan şikayət etməyim deyə mənim qorxaq olduğumu bildiyindən, "Sənin oğlunu tutacaqlar, öldürəcəklər" - deə bu cür ifadələrlə məni qorxudurdu. Müxtəlif kişilərlə evimə gələrək məndən pul tələb edirdi ki, bəs onlar iş düzəldən adamlardı".
Vətəndaş Əhmədova ərizəsinin sonunda redaksiyadan xahiş edir ki, qeyd etdiklərimi qəzetimiz vasitəsilə ictimailəşdirilərək aidiyyati qurumların diqqətinə çatdırılsın, onu aldadaraq pullarını mənimsəyən şəxslər ifşa olunsun, pullarının onlardan alınaraq özünə qaytarılması təmin olunsun.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO