Azərbaycan İdeyası

ŞƏHİD BACISINDAN RÜŞVƏT İSTƏYİRLƏR

Tarix:4-02-2020, 11:23
Baxış Sayı:586

Şəhid vermiş ailələrin üzvlərinin problemlərini dövlətimiz daim diqqət mərkəzində saxlayır, müraciətlərinə həssas yanaşır, bu kateqoriyadan olan insanların sosial vəziyyətlərinin yaxşılaşması üçün əhəmiyyətli tədbirlər görülür. Lakin, bəzən bu insanlar da qapısını döydükləri daş qəlbli məmurların soyuq münasibəti ilə üzləşirlər.
70 yaşlı şəhid anası Manafova Sahibə Cəlal qızı "Korrupsiya və Qanun" qəzetinə 25 oktyabr tarixli məktubla müraciət edərək bildirir ki, 1975 - ci il təvəllüdlü övladı Yunusova Ceyran Manaf qızı "yan amiotrofik skleroz" xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, bu diaqnoz ak. Mirqasımov adına Respublika Xəstəxanasının Nevrologiya şöbəsində, daha sonra isə xəstənin müayinə olunduğu özəl klinikalarda təsdiqlənmişdir. Sahibə ana yazır ki, qızının üç uşağı var, maddi çətinlikləri olduğundan, vaxtlı-vaxtında müalicə götürə bilmir.
Qeyd edir ki, 2016-cı ildə Səhiyyə nazirinə müraciət etməli olub: "Nazirin göstərişindən sonra Qax raon səhiyyə şöbəsinin "buzu açıldı" və qızıma olan etinasız münasibət "səmimi" şəkil aldı. Beləcə onu müalicə alması və əlillik dərəcəsi müəyyənləşdirilməsi üçün xəstəxanaya qediyyata götürülməyə çağırıldı. Bu məqsədlə ilk "səmimi" addımlarını atdılar. "İlkin sənədləşmə" adı altında qızımdan 70 manat pul istədilər. Həmin məbləğ borc tapılaraq, qızımın təhkim olunduğu Sevda həkimə verildi. Bundan sonra enidən daha çox miqdar pul tələb olundu. Tələb olunan məbləğ ödənilmədiyindən, 3 ildir ki, xəstə qızımın aqibəti ilə heç kim maraqlanmır".
Xatırladaq ki, Sahibə Manafova 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə 20 yaşında ikən şəhid olmuş Şıxəli Manafovun anasıdır. İndi qızından ötrü sızlayır və ricasını KİV üzərindən Prezidentə, Səhiyyə nazirinə, Baş prokurora çatdırılmasını xahiş edir: "Balama kömək edin, onun da hələ ana qayğısına möhtac balaları var".

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
78 nəfər saxlanıldı
78 nəfər saxlanıldı
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO