Azərbaycan İdeyası

QAX İCRA HAKİMİYYƏTİ ŞƏHİD ANASINI EV NÖVBƏSİNƏ GÖTÜRMƏMƏK ÜÇÜN DAHA HANSI MANELƏR QURACAQ?

Tarix:28-11-2017, 16:34
Baxış Sayı:542




"Qardaşımı itirdiyimizdən 24 il keçir. Yoxluğu, acısı, itkisi özündən böyük olub qardaşımın. Möhtərəm Prezidentimizin şəhid və əlil ailələrinin mənzil təminatına dair sərəncamı mən deyərdim ki, qardaşımın itkisini atam və anam üçün xüsusilə ağırlaşdırdı. Yerli icra hakimiyyəti məmurlarının hər dəfə gətirdikləri müxtəlif bəhanələr və qurduqları oyunlar oğul itirmiş ata-ananı onlara bəlkə də bir təsəlli olacaq bu mənzili almaq imkanından məhrum etdi. Atam dünyasını dəyişdi. Biçarə ananın 24 ildi ki, ölkənin prezidentinə, birinci xanımına, yerli icra başçısına etdiyi müraciətlər hər dəfə cavabsız qalıb. Hətta icranın keçmiş üzdəniraq məmurlarından biri olan Ziyafət xanım tərəfindən hədə və təhqirlərə məruz qalmışdır. Məhz onların göstərdikləri "kömək" sayəsində anamı gah yaşadığı evdən, kənddən qeydiyyatdan çıxarıblar, gah da adında qeyd olunan torpaq sahələrini sildiriblər. Beləcə bir ana illərdi ölkəsinə, məmləkətinə şəhid olacaq bir oğul doğub - böyütdüyünə görə incidilir..."
Bu sözlər qəzetimizin əvvəlki saylarından birində dərc olunmuş "Şəhid Şıxəli Manafovun ailəsi ev növbəsinə nə vaxt götürüləcək? - bacısı haray çəkdi" sərlövhəli məqalədə yer almışdır. Yazının dərcindən və Qax rayonunun Armudlu kənd sakini olan şəhid anasının gileylərini məktub vasitəsilə Qax rayon İcra Hakimiyyətinə məktubla çatdırandan sonra redaksiyamıza RİH-dən cavab məktubu gəlmişdir. 07 sentyabr 2017-ci il tarixli həmin məktubda bildirilir ki, şəhid anası Manafova Sahibə Calal qızı cari ilin yanvar ayında RİH-ə mənzil növbəsinə götürülməsi üçün müraciət etmişdir: "Müraciətə baxılan zaman müəyyən olunmuşdur ki, vətəndaş özünə məxsus olan fərdi yaşayış evini 30.07.2014-cü il tarixdə oğlu Bəhruz Manafovun adına sənədləşdirmişdir. Vətəndaşa müraciəti ilə bağlı müvafiq izahat verilərək bildirilmişdir, qüvvədə olan qanunvericiliyin şərtlərinə əsasən, yəni, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələblərinə görə fərdi yasayış evini oğlu B. Manafovun adına sənədləşdirdiyi gündən beş ildən tez olmayaraq onun mənzil növbəsinə götürülməsi mümkünsüzdür. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ötdükdən sonra təkrar müraciəti əsasında onun mənzil növbəsinə götürülməsinə tərəfimizdən müvafiq köməklik göstərilkəcəkdir".
Maraqlıdır ki, məktuba imza atan RİH başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, imtiyazlı vətəndaşların mənzillə təmin olunması üzrə komissiyanın sədri cənab Elbrus Tağıyev məktubda şəhid anasının RİH-nə məhz növbəti (!) dəfə müraciət etdiyini qeyd etməmişdir. Elbrus müəllim görən şəhid anasının fərdi yaşayış evini öz oğlunun, yəni, şəhid qardaşının adına rəsmiləşdirdiyi 30.07.2014-cü il tarixədək keçən illər boyu çoxsaylı müraciətlər etməsinə baxmayaraq ev növbəsinə götürülməməsini bəs nə ilə əlaqələndirir? RİH mənsubu belə yayındırıcı cavab verməklə kimi aldatmaq istəyir?
Bundan əlavə, Mənzil Məcəlləsinin 52-ci maddəsi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar barəsindədir. Buradan da belə sual ortaya çıxır: RİH-nin müvafiq şöbəsi haradan o nəticəyə gəlmişdir ki, şəhid anası öz evini oğlunun adına rəsmiləşdirərkən məhz yaşayış şəraitini qəsdən pisləşdirmək niyyəti güdüb?
İnanmaq istəyirik ki, əlaqədar instansiyalar bütün bu suallara aydınlıq gətirəcəklər.


PRESS

OXŞAR XƏBƏRLƏR
Təbrik Edirik!!! + FOTO!
Təbrik Edirik!!! + FOTO!
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
İran İsraillə atəşkəsi təsdiqlədi
İran İsraillə atəşkəsi təsdiqlədi
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…