Azərbaycan İdeyası

90 SAYLI MƏKTƏBDƏ FACİƏ

Tarix:27-11-2023, 12:34
Baxış Sayı:111



Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.

Fotoşəkillə müşayiət olunan paylaşımı olduğu kimi təqdim edirik:

"Ramanadakı 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdini (Məmmədzadə Təranə) bu vəziyyətə qoyublar. Direktor Svetlana Nəbiyeva uşağın valideyni ilə "anlaşmağa" çalışır. Sabah bu barədə geniş reportajım olacaq. Vicdanı yerində olan bütün həmkarlarımı bu məsələni ictimailəşdirməyə çağırıram”.

Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub. Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib. Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
[img=left]https://www.youtube.com/watch?v=cuEJ0stScQc[/img]



Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

Maraqlıdır ki, Təranənin toqquşduğu deyilən digər şagird heç bir xəsarət almayıb.

Sosial şəbəkə istifadəçiləri hadisəyə sərt reaksiya veriblər:

- Hansı vəhşi, bəşəriyyətin ən murdar adamı bu məsum balaya əl qaldırıb?

- Məktəblər quldurlarla doludur.

- Belə şərəfsizləri tapıb əllərini qırmaq lazımdır, nə qədər şərəfsiz və alçaq məxluqdur ki, körpəyə əl qaldırıb.

- Təhsili məhv edib rüşvətlə işə götürəndə məktəb o günə düşməlidir. Başqa necə olmalı idi ki?

- Bunu edən lənətə gəlsin!

- Dəhşətdir! Bele heyvanlarla bir yerdə yaşamaq çox ağırdır.

- Cəmiyyət susqun, hakimiyyət susqun. Biz hara gedirik?

- Ürəyim parçalandı. Bunu edən şərəfsizin dərhal ən ağır cəza ilə cəzalandırılmasini tələb edirəm.

- Qəddarlıqdan başqa bir şey deyil.

- Nə qədər şərəfsiz, vicdansız, duyğusuz olasan ki, bunu edəsən. Allah bəlanızı verəcək.

- Ay Allah, bu nə dəhşətdir! Yazıq uşağın gözü zərbədən tutula bilər.


OXŞAR XƏBƏRLƏR
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”