Azərbaycan İdeyası

BORCUNU İSTƏYİBLƏR, PASPORTUNU STOLUN ÜSTÜNƏ ATIB GEDİB

Tarix:28-11-2017, 16:18
Baxış Sayı:541


İnsanların etimadını qazanıb sonra sui-istifadə etmək dələduzların əsas qazanc yoludur. Kiminsə qəlbinə yol tapmaq üçün bir-iki dəfə ona verdikləri vədi, qarşısında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirirlər. Bundan sonra isə onlara əvvəlkilərdən daha böyük məbləğdə borc verilir, daha artıq miqdarda mal etibar edilir. Dələduzlara da elə bu lazımdır - kifayət qədər böyük həcmdə mal-dövlət, pul-para ələ keçirmək üçün imkan yarananda həmin fürsəti dəyərləndirirlər. Sadəlövh vətəndaşlar belələrinin toruna asanlıqla düşürlər. Yuxarıda bəhs olunan hadisə Yeganə Bəkirovanın qohumlarının xeyir işlərinə yarımaq adı ilə dələduzluq törətməsinə dəlalət edən yeganə hal deyil.
Salmanov Pənah Dadaş oğlu 2013-cü ildə alver üçün ilkin kapital əldə etmək məqsədilə ailəsinə məxsus olan qızılları zinət əşyaları dükanına aparıb. Ondan zinət əşyalarını külçə qızılın alış qiymətinə istəyiblər. Satmayıb, qaytarıb evə gətirib.
Bir gün həyat yoldaşı ona qonşuluqda kirayə yaşayan Yeganə adlı qadının alver ilə məşğul olduğunu deyib. Həmin qadını tapıb niyyətlərini deyiblər. Yeganə rayona tez-tez mal apardığını deyib, təklif edib ki, qızılları ona versinlər, aparıb rayonda satsın. Deyib ki, oğluna toy etməyə hazırlaşan qohumu var, ona göstərər. Beləliklə, Salmanovlar Yeganəyə əvvəlcə 1 ədəd 8 qramlıq üzük veriblər, deyiblər ki, əgər üzüyü 300 manata alası olsalar, digər zinət əşyalarını da aparıb göstərər. Yeganə razılaşıb, iki-üç gündən sonra qayıdıb üzüyü satdığını bildirib və 300 manat pul verib, hələ üstəlik 20-30 manat da özünə xeyir qaldığını deyib. Pənah "Allah bərəkət versin" deyib, həmin 300 manatın da üstündən 25 manat ayırıb Yeganəyə halallıq verib. Yeganə bu dəfə qalan qızılları aparıb göstərmək istədiyini deyib. P. Salmanov ona inanıb digər qızıllarını verib. Ümumi qiymətinin 5070 (beş min yetmiş) manat etdiyini söyləyib, təklif edib ki, neçəyə sata bilir-satsın, 5000 versin, artığını özünə götürsün. Üstündən 5-6 gün keçəndən sonra Yeganə sabah rayona yola düşəcəyini, 2-3 günə qayıdacağını bildirib. Və... o gedən gedib. Pənahgil ona zəng vurublar, cavab verib ki, bəs həmin axşam gələcək. Ona getdiyinin artıq on gün olduğunu xatırladıblar. Xəstə olduğunu bildirib. Qızılların aqibətini soruşduqda hamısını məhz həmin toy eləyən qohumalarına satdığını, amma pulu toydan yığıb ödəyəcəyini deyib. Salmanovlar toyu gözləməyə qərar veriblər.
Yeganə qayıdıb və Pənahı inandırmaq üçün pasportunu girov kimi təklif edib. Pənahgil götürmək istəməsələr də, stolun üstünə qoyub, "nə vaxt pulu gətirərəm, onda götürərəm" deyib gedib. Sonra bir daha gözlərinə görünməyib. Bir neçə dəfə zəng ediblər, yenə deyib ki, pul olanda gətirib verəcək, onu narahat etməsinlər.
Salmanovlar məsələnin xoşluqla həll olunacağına ümidlidirlər ki, hüquq-mühafizə orqanlarına şikayət etmirlər (ancaq nahaq: Ən azından Yeganənin sənədini polisə təhvil vermələri vacibdir). Onların bir variantı da var: Yeganə ilə kəndə gedib (əgər belə təklifdən yayınmayacaqsa) onun toy eləmiş qohumunu tapmaq, pulu, yaxud, qızılı ondan istəmək. Yəqin ki, oğlanın valideynləri təzə qudalarının və ümumən cəmiyyətin gözü qarşısında gəlinlərinin boynundan-qulağından zinət əşyalarının çıxarılmasına razı olmaz.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO