Azərbaycan İdeyası

İcra başçısının oğlu ilə birgə həbs olunmuş şəxsin cəzası azaldıldı

Tarix:15-07-2016, 12:51
Baxış Sayı:447

İcra başçısının oğlu ilə birgə həbs olunmuş şəxsin cəzası azaldıldı
Bakı Apellyasiya Məhkəməsində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli ilə birlikdə həbs olunmuş Əhliman Süleymanovun apellyasiya şikayətinə baxılıb. Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ə. Süleymanov barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ləğv olunub və ona verilmiş 6 illik cəza 4 il 6 aya endirilib.

Hadisə 2014-cü il sentyabrın 27-də Xəzər rayonunda baş verib. İ.Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə.Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Əsgərli 5 il 6 ay, Ə.Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Həmin il iyunun 29-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin İ.Əsgərli barəsində çıxardığı hökm – 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası 3 il müddətinə endirilib.

2015-ci il noyabrın 12-də isə Sabunçu Rayon Məhkəməsi cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə İ.Əsgərlinin cəzadan azad edilməsi haqda qərar qəbul edib. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi – qəzada dünyasını dəyişən S.Mirzəyevin atası Maqsud Mirzəyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etsə də, qərar dəyişməyib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye