Azərbaycan İdeyası

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Tarix:25-07-2018, 14:53
Baxış Sayı:364

  Külli miqdarda narkotik dövriyyədən çıxarıldı


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, o cümlədən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində iyulun 24-də polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 12,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən bir kiloqramdan artıq heroin, 6,5 kiloqramdan artıq tiryək və beş kiloqrama yaxın marixuana, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş 41 ədəd narkotik tərkibli bitki aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əsgərov Yasamal rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 10 qrama yaxın metamfetamin və 10 ədəd metadon həbləri götürülüb. Davam etdirilən tədbirlərlə onun Sabunçu qəsəbəsindəki yaşadığı evdən əlavə olaraq bir kiloqramdan artıq heroin, 118 qrama yaxın tiryək və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər narkotikə görə məhkum olunmuş Fariz Məmmədov beş qram tiryəki satarkən cinayət başında yaxalanıb.
Şəxsi axtarış zamanı ondan 25 qram tiryək, yaşadığı evdən isə 6 kiloqram 400 qram tiryək və bir ədəd içərisində narkotik vasitənin qalıqları olan şüşə flakon aşkar edilərək götürülüb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Sarıcalı kənd sakini Elsevər Rzayevdən marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu, evindən isə əlavə olaraq 3 kiloqram 700 qram marixuana aşkar edilərək götürülüb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Öncəqala kənd sakini Elmir Məlikovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, yaşadığı evdən 460 qram marixuana, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Əlipaşa Nuruyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, evindən isə 465 qram marixuana aşkar edərək götürüblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO