Azərbaycan İdeyası

Topuqları kəsiləndən sonra əlillik qrupunu dəyişdirə bilmir

Tarix:19-11-2020, 11:33
Baxış Sayı:639



“Əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan həyata keçirilir. Göndəriş elektron sistemə daxil edildikdən sonra göndərişi verən səhiyyə müəssisəsini, bu göndərişi təsdiq edən şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Yalnız diaqnozdakı məlumatlar əsasında əlillik təyin olunub-olunmaması barədə qərar verilir. Bu da əlilliyin qiymətləndirilməsinin şəffaf və obyektiv aparılmasına xidmət edir” - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblının sözləridir.
Amma gerçəklik bundan ibarətdir ki, məmurlar vətənsdaşların müraciətlərinə həssas yanaşmadıqları halda bütün bu qiymətləndirmə, şəffaflıq və obyektivlik öz əhəmioyyətini itirir.
Goranboy şəhəri, Vidadi küçəsi, ev - 19 ünvanda yaşayan II qrup əlil, müharibə veteranı İmanverdiyev Niyaz Hümbət oğlu 21 avqust 2020-ci il tarixli ərizəsi ilə redaksiyamıza müraciət edərək, xəstəliyinin ağırlaşması səbəbindən əlillik qrupunun dəyişdirilməsi ilə bağlı müraciətlərinə aidiyyati qurumlar tərəfindən baxılmamasından şikayətlənib:
“Uzun müddət taksi fəaliyyəti ilə məşğul olmuşam. 1990-cı ildə naməlum şəxs tərəfindən bıçaqlanmışam. Sonra ağır formalı şəkər xəstəliyinə tutulmuşam. Hazırda II qrup əliləm. Vəziyyətim yaxşı deyil. Tənha yaşayıram. Ayaqlarım demək olar ki, topuqdan yoxdur. Hərəkətim tam məhduddur. I qrup əlillik statusu almaq üçün müraciət etmədiyim yer qalmayıb. Müraciətlərimə baxan yoxdur”.
İmanverdiyev yazır ki, ona münasibətdə “Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbləri tam olaraq pozulur:
“Mənə pulsuz verilməli olan şəkər xəstəliyinə aid dərmanlar pul ilə təklif olunur. Şəkər ölçmə cihazlarımı, motorlu əl arabamı vermirlər. Hər bir şey mənə pul ilə satılır. Reabilitasiya mərkəzlərinə göndərilmirəm. Halbuki bu hüququm həmin qanunda tam olaraq təsbit olunmuşdur. Son olaraq ƏƏSMN-nə onlayn qaydada 12 dəfə müraciət etmişəım. Ancaq bu günə qədər cavab yoxdur”.
İmanverdiyev bütün bu sadaladıqlarına və “Əlillərin sosial müdafiəsi haqqında” AR Qanununun tələblərinə uyğun olaraq probleminin KİV-də ictimailəşdirilməsini, I qrup əlillik statusu alması üçün ona köməıklik göstərilməsini redaksiyadan xahiş etmişdir.
Vətəndaş İmanverdiyevin əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün yenidən müraciət etmək hüququ var. Yaşadığı rayonun səhiyyə müəssisəsi tərəfindən onunla bağlı sistemə yenidən göndəriş daxil ediləcəyi halda, əlilliyi göndərişdəki diaqnoza uyğun təkrar qiymətləndirilməlidir.


Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!