Azərbaycan İdeyası

SAATLININ ILK ŞƏHIDININ ATASI PREZIDENTƏ MÜRACIƏT ETDI

Tarix:19-11-2020, 11:23
Baxış Sayı:245

“Siz daim çıxışlarınızda yerli icra qurumlarının vəzifəli şəxslərinə xalqın xidmətində dayanmağı, vicdanlı olmağı tövsiyə edirsiniz, amma...”
Saatlı rayonunun Dədə Qorqud kəndində yaşayan ahıl vətəndaş Vəliyev Zahid Xosro oğlu Azərbaycan Respublikasının Prezidentinə və Əmək və Əhalinin Sosial Müdafiəsinbə ünvanladığı açıq ərizəsinin bir surətini də redaksiyamıza göndərərək ictimailəşdirilməsini xahiş edib. Ərizədə bildirilir:
“Hörmətli Prezident!
Bildirirəm ki, mənim 86 yaşım var. 8 övladım olub. Apardığınız daxili və xarici siyasəti həmişə dəstəkləmişəm. Övladlarımı da Vətəninə, xalqına sədaqətli, işinə vicdanlı olmaq, halal qazancla dolanmaq, qanunçuluğa əməl etmək ruhunda tərbiyə etmişəm. Oğlum Ələkbər Vəliyev keçmiş sovet ordusunda xidmətini dayandıraraq Vətənə qayıtmış, 1992-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhid olmuşdur. Mənim daha iki oğlum vəfat edib. Yeganə oğlum isə islahat zamanı torpaq ala bilməməyinə, ailəsi ilə birgə yaşadığı ev uçarkən dövlət və bələdiyyə orqanları tərəfindən kömək edilməməyinə görə incik düşərək, ölkəni tərk edib.
Mən bu yaşımda 7 nəfərlik ailənin yükünü çəkmək məcburiyyətindəyəm. Pensiya və müavinətim dolasnışığımıza sərf olunduğundan, davamlı və keyfiyyətli müalicə oluna, istirahət-kurort müəssisələrinə gedə bilmirəm. Üstəlik, bir evdə bir neçə ailənin yerləşəməyi də narahatlıq yaradır.
Hörmətli Prezident, Siz daim çıxışlarınızda yerli icra qurumlarının vəzifəli şəxslərinə xalqın xidmətində dayanmağı, vicdanlı olmağı tövsiyə edirsiniz. Sərəncamınız əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinin mənzil-məişət şəratinin yaxşılaşdırılması üçün onları dövlət hesabına tikilən evlə təmin edib. Amma biz – Saatlının ilk şəhidinin valideynləri yeni, şəraitli mənzilə layiq görülməmişik.
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin elan ediləndən bəri idarə və müəssisələr, ictimai təşkilatlar, xeyirxah adamlar ahıllara, həssas əhali qrupuna əlil və şəhid ailələrinə hər cür yardəm edir. Amma indiyədək yerli icra hakimiyyəti, sosial müdafiə orqanlarından bircə nəfər olsun nümayəndə qapımızı döyməyib, ehtiyaclarımızla, problemlərimizlə maraqlanmayıb. Bu biganəlik mənə pis təsir edir.
Hörmətli Prezident, Xahiş edirəm, müraciətimi nəzərə alıb ailəmin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bizə köməklik göstərəsiniz. Hazırda mənimlə yaşlı həyat yoldaşımın sakitliyə, evi uçan oğlumun ailəsinin isə dövlətin dəstəyinə çox ehtiyacı var”.

Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı